19 Oktyabr 2024 09:45
4836
Səhiyyə
A- A+
Revmatizm sinoptikliyi

Revmatizm sinoptikliyi


Ayaq ağrıları, əzələ spazması, oynaq zədələnməsi 


Revmatizm iltihab və ağrılarla xarakterizə olunan oynaq xəstəliyidir. Bu xəstəliklə mübarizə aparan insanlar hava şəraitindəki ani dəyişikliklərə daha həssas olurlar. Xüsusilə hava təzyiqinin azalması və rütubətin artması orqanizmdə oynaq bölgələrindəki sinir uclarına təsir edərək ağrı və narahatlıq hissini artırır. Bu da bəzi insanların yağışın yaxınlaşdığını hiss etməsinə səbəb olur.

Çin alimlərinin apardığı tədqiqata görə, revmatizmli fərdlərdə yağışın yağacağı hissi təkcə fiziki deyil, həm də psixoloji bir hadisədir. Hətta yağışın yaxınlaşdığını başa düşmək çox vaxt revmatizm xəstəliyi olan insanlar üçün intuisiyaya, "altıncı hiss"ə çevrilir. Ən önəmlisi isə daimi ağrıdan əziyyət çəkən insanlar orqanizmlərinin göndərdiyi siqnallara qarşı daha həssas olurlar.


Təzyiqlə bağlı ağrıların olması revmatizm demək deyil


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-revmatoloq Ləman Babayevanın sözlərinə görə, revmatizm xəstəliyinin hər hansı bir fəsillə birbaşa əlaqəsi yoxdur. Sadəcə, soyuq havalarda müşahidə olunan sümük və əzələ ağrılarının səbəbi təzyiqlə əlaqədardır. Belə ki, təzyiqimiz soyuq havalarda aşağı, quru və isti havalarda isə yüksək olur. Bu da yalnız revmatizmdən əziyyət çəkən xəstələrdə deyil, sağlam insanlarda da müşahidə edilir. Bəzən xəstələrin həkimə müraciət etməsinin səbəblərindən biri də məhz hava şəraitinin dəyişməsi nəticəsində oynaqlarda və ətraflarda olan ağrılardır ki, düzgün müayinə nəticəsində çox zaman revmatoloji patologiya aşkarlanmır. Bu hal həmin şəxslərin sadəcə meteohəssaslığı ilə, yəni təzyiqlər fərqinə bağlı ağrının olması ilə izah edilir.

"Hazırda revmatizma  adı altında 200-dən çox revmatik xəstəliklər cəmləşdirilir. Bu qrup xəstəliklərin yaranma səbəbi elmə tam məlum olmasa da, revmatizmin yaranmasında bir neçə amilin təsiri var. Bunlara stres, iqlim şəraiti, genetika, qidalanma, yuxu rejimi kimi amillər daxildir.  Revmatik xəstəliklər orqan və sistemlərə təsir edərək müxtəlif əlamətlərin, hətta əlilliyə gətirib çıxara biləcək zədələnmələrin yaranmasına səbəb ola bilər. Xəstəliyin əsas əlamətləri oynaqlarda ağrı, şişkinlik, oynaq quruluşunda dəyişikliklər, bel ağrıları, gözdə quruluq, qızartı, hətta görmə qabiliyyətinin pozulması, müxtəlif tip dəri səpgiləri, təngnəfəslik, uzun müddət davam edən qızdırmanın və ishalın olmasıdır", - deyə həkim-revmatoloq qeyd edib. 


Xəstəliyin tam müalicəsi yoxdur


Revmatizm xəstəliyinə müxtəlif yaş qruplarında rast gəlindiyini söyləyən Ləman Babayeva bildirib ki, düzgün diaqnozun qoyulması həyati təhlükələrin öncədən qarşısının alınmasında böyük önəm daşıyır: "Simptomlarını nəzərə alaraq çox insan elə düşünür ki, revmatizm daha çox yaşlı xəstəliyidir. Bu fikir tamamilə yanlışdır. Ona hər yaş qrupunda rast gəlinir. Məsələn, Yuvenil İdiopatik Artrit uşaqlıq yaşlarında etiologiyası bilinməyən ən çox yayılmış xroniki revmatizmal xəstəlikdir. O, uşaqlarda 3-4 yaşından etibarən müşahidə edilir. Düzgün müalicə aparılmadıqda oynaqları zədələyərək hətta əlilliyə qədər gətirib çıxara bilər. 7-17 yaş aralığında kəskin revmatik qızdırma xəstəliyi də yarana bilər ki, bu daha çox beta-hemolitik streptokok infeksiyasından sonra əmələ gəlir. Bu zaman nəinki oynaq ağrılarına səbəb olur, hətta ürək, böyrək problemləri yaradır, ürək-qapaq çatışmazlığına da gətirib çıxarır. Xəstəlik zamanı yaranan oynaq zədələnməsi isə qalıcı oynaq iltihabına səbəb ola bilər".

Həkim-revmatoloq qeyd edib ki,  revmatizmin çox yayılmış növlərindən olan spondiloartritə gənclərdə, daha çox 30 yaşına qədər olan kişilərdə rast gəlinir. Səhər yuxudan oyananda boyun, çiyin və bel nahiyəsində hiss edilən ağrılar daha çox olduğu halda, gün ərzində və hərəkət zamanı azalır. Başlanğıcda yüngül olan bu ağrılar zaman keçdikcə artır. Şəkərli diabet, hipertoniya kimi xroniki hesab edilən revmatizmal xəstəliklərin müalicəsi uzun müddət davam edir. Müalicə həkim nəzarəti altında davam etməli, mütəxəssis icazəsi olmadan dərmanların qəbul edilməsi dayandırılmamalıdır. Əks halda bu, xəstəlik əlamətlərinin daha da şiddətlənməsinə səbəb ola bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!