"Respublika Qan Bankı" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qan və qan komponentlərinin donorluğu və qan xidməti sahəsində fəaliyyətin səmərəliliyini daha da artırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Respublika Qan Bankı" (bundan sonra - Qan Bankı) publik hüquqi şəxs yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir;
2.2. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.
3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi;
3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması;
3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin;
5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.4. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Milli
Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"YAŞAT" Fondu şəhid övladları üçün Antalyada düşərgə təşkil edir
17 Iyul
"Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi
17 Iyul
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə ...
17 Iyul
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
17 Iyul
"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni ...
17 Iyul
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
17 Iyul
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
17 Iyul
"Respublika Qan Bankı" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında...
17 Iyul
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"...
17 Iyul
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edil...
17 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Ən böyük azərbaycanlı14 Iyul 2024
İlk Qurtuluş günü13 Iyul 2024
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır 11 Iyul 2024
ÇOX OXUNANLAR
HEYDƏR ƏLİYEV MİSSİYASI14 Iyul 2024
Heydər Əliyevin enerji siyasətinin şah əsəri13 Iyul 2024
Zəfərə dönüş anı 12 Iyul 2024
Türk dünyasının gücü birliyindədir11 Iyul 2024
Türk birliyinin qlobal gücə çevrilməsi zamanın tələbidir10 Iyul 2024
Mənim polisim məni qoruyur - peşəkarcasına, qanı bahasına, bəzən özünü qurban verərək!.....09 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!