17 Iyul 2024 02:08
129
CƏMİYYƏT
A- A+

"Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə "Ceyranları qoruyaq!" adlı növbəti ekoloji yay düşərgəsi iyulun 10-12-də Göygöl rayonunda keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən düşərgəyə Göygöl, Gəncə və Samux rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsinin keçirilməsində əsas məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəslin maarifləndirilməsidir.

Düşərgə zamanı məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat, təlim və ekskursiyalarda iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə və ətraf mühitlə bağlı əyləncəli bilik yarışlarına qoşulublar. Uşaqlarla təbiətdə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar keçirilib, təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib.

Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başladılıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 370 baş ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Ceyranların sayının artırılmasını və onların mühafizəsini nəzərdə tutan proqramın əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət daşıyır. Uğurlu işlər nəticəsində hazırda Azərbaycanda ceyran populyasiyasının sayının 9 min başa qədər olduğu müəyyən edilib.Qanvermə aksiyası təşkil olunub

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video