16 Oktyabr 2024 11:58
4397
Səhiyyə
A- A+
Respirator virus infeksiyalarından necə qorunmalı?

Respirator virus infeksiyalarından necə qorunmalı?

Nəfəsvermə, asqırma və danışıq zamanı əsasən tənəffüs yollarının yuxarı hissələrində - ağızın, burunun, burun-udlağın selikli qişalarında lokalizə edən törədicilər ifraz olunur. Tənəffüs yolları xəstəlikləri sırasına qrip, kəskin respirator infeksiya, qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək aiddir. Bu infeksiyalar həmçinin aerogen, aspirasion, aerozol, damcı infeksiyası da adlandırılır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Səbinə Əlizadə deyib.

O qeyd edib ki, xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir: “Qripin ən kiçik əlaməti hiss olunanda belə maska taxılmalıdır. Yüksək temperatur 5-7 gündən çox davam edərsə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edilərsə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam edərsə, mütləq həkimə müraciət olunmalıdır”.

Suçiçəyi törədicisinin III tip herpes viruslar olduğunu deyən həkim-terapevt vurğulayıb ki, virusla təmasda olan şəxslər dərhal xəstəliyə yoluxurlar: “Gizli dövr (10-21 gün) keçdikdən sonra ümumi əlamətlər özünü büruzə verir. İlkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. 2-4 gündən sonra üzdə, başın tüklü hissəsində, gövdə və ətraflarda qaşınan səpkilər əmələ qəlir. Axırıncı səpkidən 5 gün sonra isə xəstənin yoluxuculuq qabiliyyəti bitir. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir. Bununla yanaşı, dəri səthində əmələ qələn suluqların tez quruması üçün brilyant yaşılın (“zelyonka”) 1 faizli spirt məhlulundan istifadə edilir. İkinicili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin olunur. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, antibiotiklərin özbaşına istifadəsi xəstəliyin ağırlaşmasına və gələcəkdə orqanizmdə ciddi fəsadların baş verməsinə şərait yaradır”.

S.Əlizadə qeyd edib ki, xəstəliyə yoluxan şəxslərin iki vacib qaydaya əməl etmələri məsləhətdir: “Birincisi, soyuqdan qorunmaq, digəri isə gigiyenik qaydalara diqqət etmək. Hava şəraitinə uyğun geyimlərdən istifadə etmək, havanın soyuq keçdiyi vaxtlarda çöldə olmamaq, evdə və ya iş mühitində otağın havasını mütəmadi olaraq təmizləmək lazımdır. Habelə əllərin tez-tez sabunla yuyulması kimi şəxsi gigiyena qaydalarına riayət etmək xəstəliklərdən qorunmada önəmli rol oynayır. İlkin yoluxma əlamətləri olarsa, dərhal ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-mütəxəssislərə müraciət etmək lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!