13 Dekabr 2025 09:00
363
SİYASƏT
A- A+
Qərbi Avropa Cənubi Qafqazda nə itirib

Qərbi Avropa Cənubi Qafqazda nə itirib


Ermənistan istəsə belə TRIPP layihəsindən imtina edə bilməz


Uzun illərin təcrübəsi göstərir ki, Ermənistan dövləti razılaşdırılmış siyasi qərarları pozmaq üçün müxtəif bəhanələr uydurmaqda "usta"dır. İndi budur, dünənə qədər sülh deyib yaxasını yırtan Nikol Paşinyan hökuməti birdən-birə başqa hava çalmağa başlayıb. "Avropa İttifaqı - Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədinin imzalanmasını nəzərdə tuturuq.

O sənədi ki orada ölkəmizdən Ermənistana könüllü miqrasiya etmiş etnik ermənilərin "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi işlədilir. Üstəlik, həmin sənəddə bu bənd Avropa İttifaqı və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilir.

Avropa İttifaqının Azərbaycana qarşı olan qərəzi məlumdur. Bəs Azərbaycanla sülhün  astanasında olan rəsmi İrəvana nə gəlib? Əgər Ermənistan barış istəyirsə, belə bir sənədə qol qoymaqla sülh sazişinin imzalanmasını niyə dalana dirəyir? Nədənsə avqustun 8-də Vaşinqtonda razılaşdırılmış, N.Paşinyanın ağız dolusu təriflədiyi, erməni diplomatiyasının qələbəsi kimi təqdim etdiyi "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi barədə həmin sənəddə bir söz də yoxdur. Görünür, ermənilərin əli aşağı olması, yəni Avropa İttifaqından maliyyə cəhətdən asılığı onlara diktə edilən sənədi qəbul etməkdən başqa şans qoymayıb. Yəni  Ermənistan yenə özgə zurnasının züyünə oynamağa məcbur olub.

Buna baxmayaraq, başqa sözlə, Ermənistan Avropa İttifaqı ilə qapı arxasında oyun oynamasına rəğmən TRIPP marşrutu reallaşacaq. Ən azından ona görə ki, Aİ Ermənistana görə Tramp administrasiyası ilə münasibətləri korlamaq istəməz. Azərbaycanla ABŞ arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə gedən intensiv danışıqlar bunu deməyə əsas verir. Xatırladaq ki, bu günlər rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ rəsmiləri ilə Azərbaycan və ABŞ arasında Orta dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də TRIPP layihəsinin qısa zamanda istifadəyə verilməsini müzakirə edib. "ABŞ-yə səfər çərçivəsində ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşdük. İki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğunu vurğuladıq. Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirdi", - deyə nazir deyib. 

Ümumiyyətlə, Azərbaycan  Zəngəzur dəhlizi (TRIIP) layihəsinin reallaşması üçün diplomatik müstəvidə intensiv danışıqlar aparır. Bu məsələnin xarici siyasətimizdə xüsusi əhəmiyyəti var. Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşündə Azərbaycanın "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə işlərin sürətlənməsində maraqlı olduğunu bir daha bəyan edib. Nazir görüşdə regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək Zəngəzur dəhlizi (TRIPP) üzrə işlərin sürətləndirilməsində ölkəmizin maraqlı olması diqqətə çatdırılıb. 

Azərbaycan bu məsələni Avropa gündəliyindən də çıxarmır. Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib ki, "Tramp Marşrutu" (TRIPP - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi) layihəsinin vaxtında həyata keçirilməsi Cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Nazir həmçinin vurğulayıb ki, bu multimodal marşrut dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə edəcək. "TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməli, həmçinin Ermənistan üçün fayda gətirməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılması yalnız Ermənistanla Azərbaycan arasında sülhün dayanıqlığının təmin edilməsi ilə məhdudlaşmır, həm də daha böyük miqyasda əhəmiyyətli faydalar gətirir", - deyə Azərbaycan XİN başçısı bildirib. 

Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos isə deyib ki, Avropa İttifaqı ABŞ ilə Zəngəzur dəhlizi (TRIPP) layihəsində qurumun iştirakının mümkünlüyü ilə bağlı danışıqlar aparır. "Bu, 42 kilometrlik yoldur. Bizim üçün çox vacibdir ki, gördüyümüz iş təkcə bu 42 kilometrlik hissəni deyil, həm də şərqə və qərbə doğru bütün istiqamətləri əhatə etsin və bütün bunlar eyni vaxtda baş versin", - deyə o bildirib. Avropa rəsmisi daha sonra "Bizim də öz ideyalarımız var. Biz bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Ona görə də bunu hissə-hissə etməyimizin mənası yoxdur. Lakin bu baxımdan Birləşmiş Ştatların əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən daha vacibdir", - deyə vurğulayıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!