19 Oktyabr 2024 08:10
177
SİYASƏT
A- A+
Qərb sülh formuluna qarşı çıxır

Qərb sülh formuluna qarşı çıxır



"Son dövrlər Ermənistanın və Qərbdəki havadarlarının iki ölkə arasında Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq hüquqa uyğun formada tərtib edilmiş, hər iki dövlətin milli maraqlarını ehtiva edən sülh müqaviləsinin bəzi müddəalarını istisna edərək imzalanmasında israrlı davranması, əslində, regionda dayanıqlı sülhün bərqərar olunmaması istiqamətində səylərdən başqa bir şey deyil. Azərbaycanın Vətən müharibəsində və antiteror tədbirlərində qələbəsinin ardınca regionda sülh və sabitlik üçün unikal tarixi imkan yarandığı, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkələrimiz arasında bölgədə dayanıqlı sülh vəd edən dialoqa start verildiyi məlumdur".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, ötən dövr ərzində məhz Azərbaycanın qətiyyəti ilə sülh prosesində danışıqların effektivliyinin artırılması üçün sərhədlərin delimitasiya və demarkasiya məsələsi sülh danışıqlarından ayrılıb və bu da prosesdə effektli nəticələrə gətirib çıxarıb. Həmçinin Azərbaycan tərəfi 30 illik uğursuz təcrübəyə istinad edərək vasitəçisiz danışıqlara üstünlük verərək proseslərin gedişatında digər dövlətlərin iştirakı olmadan ikitərəfli danışıqlarda nəticə etibarilə ilkin uğurlara nail olub. 

Deputat qeyd edib ki, otuz illik işğal və təcavüz dönəmində Azərbaycan və Ermənistanı davamlı olaraq sülhə tələsdirən, bununla da Bakını erməni işğalı ilə barışmağa, münaqişəni donmuş vəziyyətdə saxlamaqla regionda təzyiq imkanlarını qorumağa çalışan Qərb imperializmi regionda sülh arzu etmədiyi üçün iki ölkə arasında danışıqların effekt verdiyini görərək pozucu təsirlərə başlayıb: "Qərb Ermənistanı sürətlə silahlandırmaqla, habelə müxtəlif beynəlxalq platformalarda İrəvanı yeni münaqişəyə təşviq etməklə əldə olunmaqda olan uğurlu sülh formuluna təhdid yaratmağa başlayıb. Lakin Prezident İlham Əliyevin  qətiyyəti, eyni zamanda dövlətimizin siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi bizə bu təhdidləri neytrallaşdırmağa, kənar qüvvələrin təcavüzkar meyillərini regionda zərərsizləşdirməyə imkan verdi. Bu prosesdə Azərbaycanın qarşısında hər hansı arqument qoya bilməyən Qərb imperializmi çıxış yolunu məhz Azərbaycanın israrlı olduğu sülh prosesində manipulyasiyalara yol açmaqda gördü". 

B.Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında məhz ölkəmizin təşəbbüsü və beynəlxalq hüquqa istinad etməklə formalaşdırdığı şərtlər əsasında sülh sazişi üzrə danışıqlar gedir. Hər iki tərəfin açıqlamalarına görə bu saziş layihəsi üzrə müddəaların təxminən 80 faiz hissəsi artıq razılaşdırılıb. Azərbaycan tərəfi isə haqlı olaraq bu müqaviləyə vahid kimi baxaraq bölgəyə sülh və sabitlik vəd edən sazişin yalnız tam şəkildə imzalanacağı təqdirdə effekt verəcəyi qənaətindədir. Həqiqətən də rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən müddəalara razılıq verərək paralel şəkildə konstitusiya islahatlarını istisna edən status-kvonu dəstəkləməsi heç bir formada səmərəli ola bilməz, çünki Ermənistan konstitusiyası hazırda özündə Azərbaycana qarşı ərazi iddialarını açıq formada ehtiva edir. Əgər Ermənistan imzaladığı yarımçıq sülh müqaviləsində, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib həmin müqaviləni imzalasa belə, bu beynəlxalq sənəd Ermənistan parlamentində məhz konstitusiyaya zidd olduğu üçün ratifikasiya edilə bilməz. Bu isə sülh prosesinin dondurulmasından başqa bir şey deyil, yəni imzalanan sənədə baxmayaraq, Ermənistan istənilən an hüquqi qaydada bu müqaviləni ləğv edərək, yaxud Ermənistan parlamenti bu sənədin ratifikasiyasından imtina edərək, üstəlik, bunu konstitusiyaya əsaslanıb reallaşdıraraq bölgəni yenidən münaqişəyə sürükləyə bilər. 

Deputat bildirib ki, Azərbaycan imzalanacaq sülh müqaviləsinin həm hüquqi, həm də faktiki baxımdan etibarlı şəkildə olmasını arzulayır və bu, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından Azərbaycana münasibətdə ərazi iddialarını ehtiva edən normativ müddəaların çıxırılmasını tələb edir: "Ermənistan isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bu praktik və hüquqi yanaşmasını görməzdən gələrək yenidən güc toplayıb revanşist əhvalı dirçəltmək, bölgədə işğal dövrünün status-kvosunu  bərpa etmək məqsədilə vaxt qazanmaq istəyir və sülh müqaviləsi adı altında heç bir effektiv potensiala malik olmayan oyuncaq bir sənədi imzalamaqla sülhpərvərlik imitasiyası etməklə məşğuldur. Ermənistan hakimiyyəti, eyni zamanda Azərbaycan üzərində informasiya savaşında müəyyən xal qazanmağı hədəfləyir, belə ki bu gün havadarlarının, o cümlədən, ABŞ, Fransa və bu ölkələrin marionetinə çevrilmiş bir sıra Qərb dairələrinin Azərbaycanı Ermənistanın israr etdiyi şərtlərlə yarımçıq sülh müqaviləsini imzalamağa çağırması fonunda belə bir ab-hava yaratmağa çalışılır ki, sanki Ermənistan sülh arzulayır, Azərbaycan isə sülhdən yayınmaqla bölgəni yeni münaqişə və müharibəyə təhrik edir", - deyə siyasətçi əlavə edib.

Deputat təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq qurumlar, o cümlədən, insan haqları və demokratiya pərdəsi altında fəaliyyət göstərən təsisatlar bu prosesdə Ermənistan və havadarları üçün rupor rolunu oynamaqda və Azərbaycan ətrafında təcavüzkara xas çəmbər yaratmaqda xüsusi canfəşanlıq göstərməkdədir. Lakin bu tip uyğunsuz və heç bir beynəlxalq normaya sığmayan cəhdlərlə Azərbaycanı nəyəsə məcbur etmək, yaxud möhtərəm cənab Prezidentin də dediyi kimi, dövlətimizin iradəsinə təsir etmək mümkün deyil. Bölgədə hərbi-siyasi yolla yeni reallıq yaradan və bu regionun əsas hərbi-siyasi güc mərkəzinə çevrilən Azərbaycan məhz beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə əsaslanaraq elə bir status-kvo formalaşdırıb ki, bu prosesin əksinə gedən istənilən qüvvə məğlubiyyətə və özünü ifşaya məhkumdur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!