19 Oktyabr 2024 01:48
259
SİYASƏT
A- A+
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir


Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib


Oktyabr 17-də baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib.

Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adlı xüsusi sessiya keçirilib.

Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ölkəmizdə noyabr ayında keçiriləcək ən böyük iqlim konfransı - COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.

Eyni zamanda COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən 15 noyabr tarixində keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.

Tədbirdə COP29-un promo-çarxı nümayiş etdirilib. Daha sonra Baş Prokurorluğun idarə rəisləri Elnur Musayev və Erkin Əlixanov ölkəmizdə ekoloji cinayətlərlə mübarizədə görülən tədbirlər və müsbət nailiyyətlər, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdə keçirilmiş 29-cu illik konfransının nəticələri, eləcə də COP 29 çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli sessiya barədə  məlumat veriblər.

Səfər çərçivəsində baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. Baş prokuror tərəfindən Azərbaycan hökuməti ilə BMT arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə BMTNCİ arasında transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Qada Vali COP29 çərçivəsində Azərbaycan Prokurorluğu ilə birgə təşkil olunacaq tədbirlə bağlı görülmüş hazırlıq işlərini yüksək qiymətləndirərək Baş prokurora təşəkkürünü bildirmişdir.

Həmçinin səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib. BƏƏ-nin Baş nazirinin müavini - daxili işlər naziri şeyx Saif bin Zayed əl Nəhyanın salamları baş prokuror Kamran Əliyevə çatdırılaraq COP29 çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli sessiyada BƏƏ tərəfindən həmsədrlik edilməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri başa çatıb. 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media nümayəndələri Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar

01:48
19 Oktyabr

Baş prokuror Vyanada işgüzar səfərdədir

01:48
19 Oktyabr

Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir

01:47
19 Oktyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-428950-GO-RFB Müqavilə barədə bildiriş

01:44
19 Oktyabr

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-428950-GO-RFB AWARD NOTICE

01:41
19 Oktyabr

Kubanın enerji sistemi sıradan çıxıb

23:52
18 Oktyabr

Azərbaycan Premyer Liqası: "Kəpəz" - "Qarabağ" - 0:5  

23:51
18 Oktyabr

Orta illik inflyasiyanın 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir  

23:18
18 Oktyabr

“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib  

23:17
18 Oktyabr

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib

23:06
18 Oktyabr

Energetika naziri Göygöldə vətəndaşlarla görüşüb

21:57
18 Oktyabr

Ferqus Auld: Azərbaycan son 33 ildə bir dövlət kimi böyük inkişafa nail olub

21:48
18 Oktyabr

Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

21:09
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Türkiyə Prezidenti xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

20:31
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

20:23
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-nin üzərində damğa olacaq

20:16
18 Oktyabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib YENİLƏNİB

20:16
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!