18 Oktyabr 2024 23:17
251
İQTİSADİYYAT
A- A+
“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib  

“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib  

“Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib.

Rəhbər komitənin yeni sədri, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub. Xarici şirkətin mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) cari ilin birinci yarımili ərzində fəaliyyətinin nəticələri, o cümlədən Ağdərə rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin təşkili istiqamətində görülən işlər təhlil edilib.

Bildirilib ki, xarici şirkətin cari ilin birinci yarımilində hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub. Belə ki, bu ilin ilk 6 ayı ərzində hasilat həcmləri 4704 unsiya qızıl, 100 ton mis, 12745 unsiya gümüş təşkil edib. Bu da cari ilin 6 aylıq hasilat planı ilə müqayisədə qızıl üzrə 38 faiz, mis üzrə 89 faiz, gümüş üzrə 64 faiz azdır. Eləcə də ümumi layihə üzrə gəlirlər planla müqayisədə 54 faiz geriləyib. Buna səbəb saziş çərçivəsində istehsal fəaliyyətinin ötən ilin iyul ayından etibarən Gədəbəy rayonunun Söyüdlü kəndində nəm tullantı anbarı sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dayandırılması nəticəsində yaranan fasilələr göstərilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verildikdən sonra xarici şirkətlə birgə həyata keçirilən operativ dəstək tədbirləri, tikinti-quraşdırma işlərinin, həmçinin bəzi digər istiqamətlər üzrə fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması nəticəsində növbəti aydan etibarən istehsalat mərhələli şəkildə bərpa ediləcək. Nəticədə tərəfdaş şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatması təmin ediləcək. “AzerGold” QSC tərəfindən tərəfdaş şirkətin fəaliyyət istiqamətləri üzrə artım tempinin əldə edilməsinə bundan sonra da dəstək göstəriləcək.

İclasda, növbəti il üzrə hasilat və ixrac planının hazırlanması istiqamətində tapşırıqlar verilib, həmçinin Rəhbər komitənin İqtisadi, İstehsalat və texniki, eləcə də Ekoloji məsələlər üzrə altqruplarının yeni tərkibləri müəyyənləşdirilib. İclas qarşılıqlı maraq doğuran və icrasına dəstək tələb olunan məsələlərin, habelə “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin Saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi iclasın yekun protokoluna daxil edilib.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.

Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media nümayəndələri Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar

01:48
19 Oktyabr

Baş prokuror Vyanada işgüzar səfərdədir

01:48
19 Oktyabr

Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir

01:47
19 Oktyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-428950-GO-RFB Müqavilə barədə bildiriş

01:44
19 Oktyabr

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-428950-GO-RFB AWARD NOTICE

01:41
19 Oktyabr

Kubanın enerji sistemi sıradan çıxıb

23:52
18 Oktyabr

Azərbaycan Premyer Liqası: "Kəpəz" - "Qarabağ" - 0:5  

23:51
18 Oktyabr

Orta illik inflyasiyanın 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir  

23:18
18 Oktyabr

“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib  

23:17
18 Oktyabr

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib

23:06
18 Oktyabr

Energetika naziri Göygöldə vətəndaşlarla görüşüb

21:57
18 Oktyabr

Ferqus Auld: Azərbaycan son 33 ildə bir dövlət kimi böyük inkişafa nail olub

21:48
18 Oktyabr

Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

21:09
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Türkiyə Prezidenti xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

20:31
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

20:23
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-nin üzərində damğa olacaq

20:16
18 Oktyabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib YENİLƏNİB

20:16
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!