Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Oktyabrın 18-də COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Olimpiya Stadionuna mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi mediaturda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Mediaturda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər. Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər. Qeyd olunub ki, indiyədək konfransın işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat prosesi davam edir. 6325 kvadratmetr sahəni əhatə edən mərkəzdə 1200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub.
Mediatur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər nümayəndə heyətlərinin tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət- etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib.
Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi götürülüb. Tədbir məkanının hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Media nümayəndələri Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar
Baş prokuror Vyanada işgüzar səfərdədir
Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-428950-GO-RFB Müqavilə barədə bildiriş
Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-428950-GO-RFB AWARD NOTICE
Kubanın enerji sistemi sıradan çıxıb
Azərbaycan Premyer Liqası: "Kəpəz" - "Qarabağ" - 0:5
Orta illik inflyasiyanın 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir
“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
Energetika naziri Göygöldə vətəndaşlarla görüşüb
Ferqus Auld: Azərbaycan son 33 ildə bir dövlət kimi böyük inkişafa nail olub
Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər
Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb
Türkiyə Prezidenti xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək
Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib
Baydenin biabırçı mirası uzun illər ABŞ-nin üzərində damğa olacaq
Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib YENİLƏNİB
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!