19 Oktyabr 2024 13:49
214
CƏMİYYƏT
A- A+
Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

Dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə elmi-nəzəri konfransı keçirilib. 

Konfransı şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirdi ki,  Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi tarixdən 33 il keçir. Əlamətdar bayram münasibətilə mingəçevirliləri təbrik edən şəhər rəhbəri əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərini, dilini, mədəniyyətini qoruyub saxladığını və dünya mədəniyyəti xəzinəsinə töhfələr verdiyini qeyd etdi: “XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud oldu və 70 il Sovetlər rejiminin tərkibində yaşadı. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası bizə dünyəvi dövlət qurmaq və dünya birliyində mühüm yer tutmaq imkanı yaratdı”.

İ.İsmayılov əlavə etdi ki, ötən illər ərzində aparılan uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib: “Müstəqilliyimizin ilk illərində ölkəmiz siyasi, iqtisadı və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və keçmiş Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrik siyasəti nəticəsində ölkə vətəndaş müharibəsindən, müstəqilliyinin itirilməsi təhlükəsindən qurtuldu. Dövlətlə xalq birliyi təmin edildi, ictimai-siyasi sabitlik bərpa olundu. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf edir, möhkəmlənir, beynəlxalq sahədə nüfuzu artır. Enerji sektorunun inkişafı, sənaye zonalarının yaradılması, aqrar sahədə, ordu quruculuğu sahəsində aparılan islahatlar ölkəmizin sürətli inkişafına şərait yaratmış, ərzaq təhlükəsizliyi təmin edilmiş, regionların inkişafında irəliləyişlər olmuşdur. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutmuş, regionun lider dövlətinə çevirilmişdir. Bu inkişaf göstərir ki, Azərbaycan Prezidentin rəhbərliyi altında daha da inkişaf yeni edərək uğurlar qazanacaqdır”. 

Natiq daha sonra dedi: “30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun şücaəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində törətdiyi təxribatın qarşısını Qəhrəman Azərbaycan Ordusu müvəffəqiyyətlə aldı. 2023-cü ilin 19 sentyabrında Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların  nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa edildi. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”. 

Tədbirdə YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi mühüm tarixi hadisədir”, MDU-nun baş müəllimi Aygün Qədirova “Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Turizm kollecinin tarix müəllimi Eldar Dərişov “Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində gördüyü işlər müstəqilliyimizin möhkəmlənməsinə xidmət etmişdir”, Mingəçevir Tibb Kollecinin ictimai elmlər üzrə müəllmi Afaq Cəfərova “Azərbaycanın müasir zəfərləri Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin nəticələridir” məruzələri ilə çıxış etmişlər. 


Lazım QULİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!