19 Oktyabr 2024 16:14
275
CƏMİYYƏT
A- A+
Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Xəzəryanı ölkələrin nümayəndələrinin bədən tərbiyəsi və idmanın inkişafına həsr olunmuş görüşündə iştirak edib.

AZƏRTAC Rusiya İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Bədən tərbiyəsi və idman sahəsində Xəzəryanı dialoq” adlı görüş Başqırdıstanın paytaxtı Ufa şəhərində “Rusiya – idman dövləti” beynəlxalq forumu çərçivəsində təşkil olunub. Tədbirdə Rusiyanın idman naziri Mixail Deqtyarev, Qazaxıstanın turizm və idman naziri Erbol Mırzabosınov, İranın İdman və Gənclər Nazirliyinin İdman federasiyalarının birgə fəaliyyəti şöbəsinin rəhbəri Əhməd Nameni, Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, habelə Həştərxan vilayətinin idman naziri Nina İvaşkina və Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev iştirak ediblər.

Mixail Deqtyarev Xəzər regionu ölkələrinin idman nazirliklərinin nümayəndələri arasında qarşılıqlı fəaliyyətdən danışıb. O, bu ölkələrdə əhatəli idman proqramı və milli komponentlər əsasında irimiqyaslı yarışların keçirilməsi üzərində işləməyi təklif edib.

Rusiyalı nazir qeyd edib: “Təqdim olunan format bu yaxınlarda Həştərxanda keçirilən və davam edəcək Xəzər Oyunlarının əsasını təşkil edəcək. Bu, tələbə klubu yarışmasıdır. Biz, həmçinin 16 yaşadək oğlanlar arasında şahmat üzrə Xəzər Qran-Prisinin keçirilməsi təşəbbüsü üzərində işləyirik. Bu formatı digər federasiyalara da təklif edə bilərik”.

Görüşdən sonra Rusiya İdman Nazirliyinin rəhbəri bütün iştirakçıların təşəbbüslərini yol xəritəsində birləşdirməyi təklif edib: “Bu və digər təşəbbüslər Xəzər regionu ölkələrində gənc idmançıların dəstəklənməsinə və kütləvi idmanın inkişafına yönəlmiş Tədbirlər Planının əsasını təşkil edə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib

18:20
19 Oktyabr

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!