19 Oktyabr 2024 08:20
187
CƏMİYYƏT
A- A+
Cəbrayılda yeni dövran, xoşbəxt həyat başlayıb

Cəbrayılda yeni dövran, xoşbəxt həyat başlayıb


"İlham Əliyev torpaqlarımızı azad edib bizə cənnət yaratdı"


Böyük qayıdışın yeni ünvanı Cəbrayıl şəhərindəyik...

Dağların arasında məskən salan şəhərdə əsl qələbəlik var. Zəfər bayrağı ilə bəzədilmiş evlər qapılarını açıb yurd sevinci yaşayan doğma insanları bağrına basırdı... Kimi sevincdən göz yaşı tökür, kimi "Gözlərimə inanmıram", kimi "Ölmədim, bu günü də gördüm", kimi isə "Torpağında ölməyə gəldim, Cəbrayıl!" ifadələri ilə yurd həsrətinin bitdiyini söyləyir. 

Bir sözlə, həsrətin bitdiyi, doğma yurda qovuşmalarının sevincini cəbrayıllılar özlərinə məxsus ifadə edirdilər. Hamının üzündə xoşbəxtlik, məmnunluq hissi var idi.

Yeni mənzillərinə köçən sakinlər əşyalarını maşınlardan düşürüb evlərinə daşıyır, onlardan bir neçə gün öncə gələnlər isə yardım edir, həmyerlilərinə gözaydınlığı verirdilər. 

Bu maraqlı mənzərəni seyr etmək, cəbrayıllıların yurd sevincini  bölüşmək, doğma ocaqlarında ilk qonaqları olmaq bizim də qismətimizə düşdüyündən özümüzü bəxtli hesab edirik.


"Prezident İlham Əliyev üzərimizdəki ləkəni təmizlədi, arzumuzu gerçəkləşdirdi"


Qarşısında dayandığımız birinci binaya daxil olub mənzillərdən birinin qapısını döyürük. Yenicə təzə evinə köçən Bahar Ağayeva qapını açır və xoş təbəssümlə bizi içəri dəvət edir. Çay süfrəsi ətrafında öncə Ağayevlər ailəsinin 

30 illik taleyi ilə maraqlanırıq. Bahar xanım dərindən köks ötürüb danışmağa başlayır: "Cəbrayıl işğal olunanda, qaçqın, köçkün düşəndə 20 yaşım vardı. BDU-nun tələbəsi idim.  Gənc idim, arzularım, xəyallarım vardı. Toraqlarımız işğal olmaqla hər şey alt-üst oldu... O illəri yada salmaq, xatırlamaq çox çətindir. Ev yox, valideynlər, qohum-əqrəba, bütövlükdə bir el yurdundan, yuvasından didərgin düşmüşdü. Nəinki hansısa arzunu, istəyi reallaşdırmaq barədə fikirləşmək, yaşamağa belə ümidimizi itirmişdik...

Qəribə səslənməsin, həyat bizə şərtlərini diktə etdikcə, biz də qəbul etmək məcburiyyətində qalırdıq. Amma nə qədər çətin olsa da, elə həyatın diktə etdiyi tələblərə uyğun yaşamağın çəmini tapdıq. İş yerimi dəfələrlə dəyişməli oldum. Necə deyim, oradan-ora, buradan-bura daşındıq...

Həyat isə davam edirdi. Ailə qurdum. Uşaqlarımız dünyaya gəldi. Belə deyək ki, hər şeyimiz olsa da, doğma yurdumuz yox idi. Adımız qaçqın idi. Allahdan bircə istəyim vardı: Cəbrayılımıza qayıtmaq, burada işləmək... Müəllim kimi Cəbrayıla qayıdıb sinif otağına daxil olmaq ən böyük arzum idi.  

Çox şükür, arzularımız gerçək oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli ordusu ilə Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etdi. Dualarımız qəbul olundu. 27 il işğalda qalan Cəbrayıl 7 günə azad edildi. İgid döyüşçülərimiz 27 illik yolu 7 günə qət etdilər.  Ordu, əsl Sərkərdə, Müzəffər Ali Baş Komandan belə olar. Var olsun prezidentimiz! Məni ən böyük arzuma çatdırdı. İndi çox xoşbəxtəm. Torpağımın, Vətənimin xilaskarı bu doğma yurdda gözəl, 4 otaqlı mənzilin açarlarını mənə öz əli ilə təqdim etdi. 30 illik ağrı-acı, sıxıntılar axır ki, canımızdan çıxdı...


İndi özümü ömrünün baharını yaşayan Bahar kimi hiss edirəm


İndi özümü ömrünün baharını yaşayan Bahar kimi hiss edirəm. Ermənilər toraqlarımızı işğal etməklə ömrümüzün baharını, arzu, istəklərimizi də əlimizdən almışdılar. Üç övladım, gəlinim var. Gənclik arzularımı indi həyata keçirmək imkanı qazanmışam. Burada möhtəşəm məktəbimiz var. Bəlkə də respublikamızda bu gözəllikdə ikinci bir məktəb yoxdur. Açılışını da Prezidentimiz özü etdi. 950 yerlik bir məktəbdir, hələlik 129 şagirdimiz var. Köç gəldikcə şagirdlərin də sayı artır.

Prezidentimizə Qarabağda aparılan geniş quruculuq işlərinə görə minnətdarlığımı bildirdim. Əlbəttə bu, dövlətimizin qüdrətindən xəbər verir. Tək Cəbrayıl yox, bütün Qarabağ, işğaldan azad olunmuş toraqlarımızın hamısı böyük tikinti meydanına çevrilib". 

Bahar xanımın səmimi fikirlərini dinlədikdən sonra yeni mənzillərində hər zaman xoş sədalar eşitmələrini, xeyir işlər görmələrini arzulayıb digər ünvana üz tuturuq.   


"Biz ölüb yenidən dirilənlərdənik..."


Elə qapının zəngini vurmaq istəyirik ki, liftdən bir neçə şəxs çıxır və böyük sevinclə "bura bizim evimizdir" deyirlər. Bəlli olur ki, bura Fətullayevlər ailəsinin yeni mənzilidir. Övladları ilə birlikdə məktəbdən gəlirlər. 

Ailənin böyüyü Anar Fətullayev şəhər məktəbində müəllim kimi çalışır. Elə söhbətə də Anar müəllim başlayır: 

- 1993-cü ilin avqustun 23-də mənfur düşmən yalnız torpaqlarımızı işğal etmədi, həm də bizi mənəvi cəhətdən öldürdü. Evimizi, yurdumuzu, yaşayış yerlərimizi xarabazarlığa çevirdi. Biz 30 il mənəvi zülm içində yaşadıq. Yurdsuzluğun əzabını çəkdik. Alnımızın ortasında qaçqın damğası daşıdıq...

Haraları gəzmədik - İmişli, Sabirabad, Bakı... 

Nəfəsimiz gedib gəlsə də, əlacsızlıqdan yaşasaq da, ruhumuz bu torpaqlarda qalmışdı. Müzəffər Ali Baş Komandan təkcə Qarabağı azad etmədi. Ümumiyyətlə, itirilmiş nəyimiz vardısa, özümüzə qaytarıb bizi dünyaya müzəffər xalq kimi tanıtdı.

Şükür ki, indi doğma Cəbrayılda, öz evimizdəyik. Özüm məktəbdə hərbi fəndən dərs deyirəm. Evimdə iki əsgər böyüyür. Oğlanlarım Elşadla, Rəşad deyirlər ki, bu dövlətin borcunu qaytarmaq mümkün deyil. Çalışacağıq, elə  yaşayaq, elə işləyək, elə vətandaş olaq ki, qalib Azərbaycanımızın adına layiq olaq.

Anar Fətullayevin həyat yoldaşı Fidan Sərməstova söhbətə qoşulur: "Elşadla, Rəşad dərs əlaçılarıdır. Sevinirik ki, bizim Qarabağ Universitetimiz var. Oğlanlarımın arzusu Qarabağ Universitetində oxumaqdır.

Prezidentlə görüşdə Qarabağa, işğaldan azad olunmuş torpaqlara, doğma yurda qayıdan vətandaşlara qayğıya görə təşəkkür etdik. Dövlətimlə, Prezidentimlə qürur duyuruq. Cənab Prezidentin qətiyyətlə "Heç kim bizim daxili işimizə qarışa bilməz" sözləri bizi qürurlandırır. Bunu yalnız qüdrətli dövlətin qətiyyətli lideri deyə bilər. Bu sözlər bizim kimi vətəndaşların dövlətimizin gücünə, qüdrətinə olan inamını daha da artırır. Qarabağın xilaskarı, bu torpaqlara yenidən həyat verib bizi evlə, işlə təmin edən Prezidentimizə "Yaşa, var ol!" deyirəm.

Bundan sonra yoldaşımla birlikdə, övladlarımın oxuduğu məktəbdə çalışacağam. Evim, işim, gözəl həyatım - bunları mənə verən qüdrətli dövlətim var.

Hər gün evimin qapısın açıb içəri girəndə Allaha, Prezidentimizə dua edirəm. Hər dəfə qapımı açıb həyətə düşəndə, bu dağları, bu möhtəşəm yolları, bu gözəlliyi görüb "Yaşa, Azərbaycanım!" deyirəm".

Fətullayevlər ailəsinin sevincini paylaşmaq, xoş sözlərini eşitmək bizə müsbət enerji verir. Onlara yeni həyatlarında yeni-yeni uğurlar arzulayıb sağollaşırıq.  


"Ömrümüz boyu cənab İlham Əliyevə duaçı olacağıq"


Liftlə birinci mərtəbəyə enib həyətə yenicə qədəm qoymuşduq  ki, qarşımıza nurani simalı bir ağsaqqal çıxır. Ömrünü pedaqoji fəaliyyətə həsr etmiş, el ağsaqqalı Siracəddin Hüseynov Bakıdan jurnalistlərin gəldiyini eşidib "izimizə" düşüb, "soraq verib" bizi tapdığını deyir. Elə həyətdəcə söhbətləşirik: 

"Ay oğul, yaxşı ki, sizi gördüm. Ürəyim doludu sözlə. Prezidentlə görüşdə də bir-iki kəlmə dedim. Qoy sizin qəzetin vasitəsilə ürək sözlərimi dövlətimizin başçısına çatdırım. Şükür Allaha ki, indi öz evimizdə, öz yurdumuzdayıq. Ömrüm müəllimliklə keçib. 73 yaşım var. Həyatımı şagirdləri öyrətməyə həsr etsəm də, qaçqınlıq da bizə dərs verdi. Görmədiklərimizi gördük, bilmədiklərimizi həyat bizə öyrətdi.

Xalqımızdan, dövlətimizdən çox razıyam. 30 il dövlət qayğımıza qaldı. Çörəyimizi, suyumuzu verdi. Ata 18 yaşına çatan övladını ayırır ki, get, özünə həyat qur, müstəqil yaşa. Amma dövlət bizə bunu etmədi, axıra kimi yanımızda oldu... 

Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı azad edib bizə yeni cənnət yaratdı. Həyatım boyu mən belə rahatlıq görməmişdim. Allah bu torpaqları düşməndən azad edən balaları qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Allah Qarabağı ağbəxtli edən Prezidentimizi bizə çox görməsin. Bu cür şərait, gözəllik görmək özü bir xoşbəxtlikdir. Bunu da dövlətimiz, Prezidentimiz bizə hədiyyə etdi.

Var olsun qüdrətli Azərbaycan dövləti! Çox sağ olsun Prezidentimiz! Bundan sonra Cəbrayılda xoşbəxt, firavan həyatımız başlayır. Ömrümüz boyu cənab İlham Əliyevə duaçı olacağıq, onun siyasətini dəstəkləyəcəyik".

Söhbətimizi yekunlaşdırıb yeni salınmış şəhəri gəzib dolaşırıq. Möhtəşəm binalar, sosial binalar, ictimai-iaşə obyektləri tikilib. Bu mənzərəni seyr etmək, bir qərinəyə yaxın zamandan sonra yurduna qayıdan soydaşlarımızın sevinclərinə şərik olmaq, Cəbrayılda həyatın yenidən qaynadığını görmək bizləri də qürurlandırır. 


Rəşad BAXŞƏLİYEV,

Elşən QƏNİYEV,

"Azərbaycan"  


Bakı-Cəbrayıl-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

“Qarabağ”dan yeni rekord

12:26
19 Oktyabr

Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 2000 ağac əkildi

12:25
19 Oktyabr

Azərbaycan və Çad Kamandan Oxatma federasiyaları arasında əməkdaşlıq müzakirə olunub

12:24
19 Oktyabr

Cəlilabad daha da yaşıllaşdı

12:23
19 Oktyabr

Türkiyədə dövlətə xəyanət və casusluqla bağlı cəzalar sərtləşdirilir

12:23
19 Oktyabr

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

12:09
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!