19 Oktyabr 2024 08:15
170
SİYASƏT
A- A+
Azərbaycanın sülh şərtləri dəyişməzdir

Azərbaycanın sülh şərtləri dəyişməzdir


Azərbaycanın istər qlobal, istər regional rakursda hər zaman dəqiq, aydın və konkret siyasəti olub. Respublikamıza beynəlxalq münasibətlər sistemində ehtiram gətirən siyasi meyarlardan biri məhz budur. 

Bu yanaşma Ermənistanla münasibətlərin normallaşdırılması prosesində də özünü göstərir. Cənubi Qafqazda sülhün təmin edilməsinə, qarşılıqlı etimad mühitinin yaradılmasına nail olunması  bu gün Bakının qarşıya qoyduğu əsas məqsədlərdən biridir.


Müqavilənin bütün bəndləri eyni dəyərə malikdir


Vətən müharibəsinin başa çatmasından ötən 4 ilə yaxın dövrün mənzərəsi də göstərir ki, rəsmi Bakı sülhə nail olunması üçün bütün imkanları səfərbər edir. O cümlədən sülh sazişinin əsasında dayanacaq prinsipləri də Azərbaycan təqdim edib. Ermənistan rəsmiləri sözdə sülhə tərəfdar olduqlarını bildirsələr də, yaxın dövrə qədər törətdikləri  hərbi təxribatlarla bunu tormozlayıblar. İndi isə Ermənistan sülh sazişinin yarımçıq imzalanmasına çağırışlar etməklə, sülhə qarşı çıxır.

Xatırladaq ki, Ermənistan tərəfi sülh sazişi layihəsində öz əksini tapması zəruri olan müddəaları çıxarıb və bununla da layihənin imzalanmağa hazır olduğunu iddia edib. Lakin Azərbaycanın şərtləri dəyişməzdir. Belə ki, iki ölkə arasında real və davamlı sülh müqaviləsinin imzalanmasının  əsas şərti başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın müstəqillik bəyannaməsinə açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Ermənistan rəsmilərinin "sülh sazişi" layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. 

Oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponla söhbət zamanı Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərək dedi ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.


İtirən yalnız Ermənistan olacaq


Qeyd etdiyimiz kimi, Ermənistan rəsmiləri yalnız özlərinin başa düşdükləri irrasional yanaşmaları ilə sülh prosesini əngəlləməklə məşğuldurlar. Aydın olan odur ki, İrəvanın sülh sazişinin öz maraqlarına uyğun şəkildə imzalanmasına cəhd göstərməkdə məqsədi odur ki, gələcəkdə Azərbaycana qarşı ərazi iddialarını davam etdirə bilsin.

Ümumiyyətlə isə Ermənistan rəsmilərinin hər bir açıqlamalarının mərkəzində məkr, reallıqları təhrif etmək dayanır ki, bütün bunlar da sülh prosesinin  inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə mane olur. Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 12-də "Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışında 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar, reallıqları təhrif etmək cəhdləri bir daha bunu təsdiqləyir.  Məsələyə münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyi respublikamızın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrif edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırıb.

Görünən odur ki, sülh üçün yaranmış əlverişli şəraitdən istifadə etməyən Ermənistan münasibətlərin normallaşdırılmasına xidmət etməyən sülh oyunbazlığı ilə məşğuldur. Bundan itirən isə yalnız Ermənistanın özü olacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub

17:09
19 Oktyabr

“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib

17:07
19 Oktyabr

Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub

16:14
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb

15:51
19 Oktyabr

Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq

15:46
19 Oktyabr

Aksiyanın ilk günündə 400 eldar şamı əkildi

15:46
19 Oktyabr

Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır

15:23
19 Oktyabr

Mingəçevir də yaşıllaşır  

14:47
19 Oktyabr

Çinin hədəfi NASA-ya rəqib olmaqdır

14:41
19 Oktyabr

Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib

14:37
19 Oktyabr

Uçan avtomobil təqdim edilib

14:26
19 Oktyabr

“Netflix” satışlarını 9,8 milyarda çatdırdı

14:12
19 Oktyabr

Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb

14:01
19 Oktyabr

Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər  

13:49
19 Oktyabr

Şirvanda ağacəkmə aksiyasına start verilib

13:39
19 Oktyabr

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

13:30
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.  

13:11
19 Oktyabr

Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min ağac əkiləcək

13:09
19 Oktyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

13:01
19 Oktyabr

Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ağacəkmə aksiyası davam edir  

12:53
19 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

12:27
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!