01 İyul 2026 14:16
182
SİYASƏT
A- A+
QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır

QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır


“Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına davamlı olaraq inteqrasiya edir. Son illər ölkəmizdə iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib tədbirlər  həyata keçirilir. Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyaların reallaşdırılması da Azərbaycanın dünya iqtisadiyyatı üçün önəminin göstəricisidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ölkəmiz Cənubi Qafqazın lideri kimi Mərkəzi Asiya və digər regionlarla iqtisadi bağlantılarını möhkəmləndirərək tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və daha sıx inteqrasiyalar qurur. Yəni, Azərbaycan bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Həmçinin, beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyən Azərbaycan böyük infrastruktur layihələrinə yatırılan investisiyaları artırmağı planlaşdırır. Bu baxımdan, ölkəmiz beynəlxalq maliyyə institutları ilə əmakdaşlığı diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadi xarakterli mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ötən ay İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi bunun göstəricisidir. Regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir. İİB Qrupu Azərbaycanın regional və qlobal inkişaf hədəflərinə maliyyə dəstəyi verməyi müasir maliyyə siyasətində diqqətdə saxlamağı düşünür.

İyulun 1-də isə Bakı şəhəri Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edib. İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələlərin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlığa gəlincə, Samir Vəliyev qeyd edib ki, banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir.

“Hesab edirəm ki,  Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı yeni tərəfdaşlıqların qurulması, yeni investisiya yatırımlarının dəyərləndirilməsi  və Azərbaycanla əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olacaq”,-deyə deputat vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

15:19
01 İyul

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

15:01
01 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

14:49
01 İyul

İdarə Heyətinin sədri: Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi vacibdir

14:39
01 İyul

Valentina Matviyenko Rusiyada yanacaqla bağlı vəziyyəti “dramatikləşdirməyin” əleyhinədir

14:29
01 İyul

Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub  

14:23
01 İyul

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  

14:21
01 İyul

QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır

14:16
01 İyul

Latın Amerikasında sağçıların yeni qələbəsi: Keyko Fuhimori Peru Prezidenti seçilib  

14:01
01 İyul

AFR Kansleri Dünya Kubokundan kənarda qalan milli komanda haqqında xoş sözlərinə görə tənqid atəşinə tutuldu  

13:53
01 İyul

Qarabağ müharibəsi əlilinə elektron araba verilib  

13:39
01 İyul

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

13:39
01 İyul

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

13:38
01 İyul

Gəncədə bərk məişət tullantıları poliqonunda abadlıq işləri aparılıb  

13:24
01 İyul

Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir

13:21
01 İyul

bp Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğunu SOCAR-a ötürür

13:13
01 İyul

Sabah hava əsasən yağmursuz olacaq

13:02
01 İyul

Hesablama Palatasının sədri dövlət satınalmaları üzrə ilkin təhlilin nəticələrini açıqlayıb  

12:56
01 İyul

ATƏT tədbirində Ermənistana işgəncəyə məruz qoyduğu azərbaycanlılarla bağlı suallar ünvanlanıb VİDEO  

12:47
01 İyul

Nazir: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesə dəstəyini genişləndirməyi planlaşdırır  

12:41
01 İyul

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda Günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcək

12:36
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!