01 İyul 2026 08:30
260
SİYASƏT
A- A+
Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir


Dünyada baş verən mürəkkəb proseslər və köklü dəyişikliklər fonunda sabitlik məkanı olan Azərbaycanın beynəlxalq nüfuzu və regional çəkisi getdikcə möhkəmlənir. Ölkəmizin Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının qovşağında yerləşən əlverişli tranzit mövqeyi, habelə zəngin karbohidrogen resursları rəsmi Bakını qlobal güclər, xüsusilə Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşa çevirir. Tərəflər arasında qurulan qarşılıqlı etimad mühiti rəsmi təmasların intensivləşməsində özünü qabarıq büruzə verir. 

Bu dinamikanın davamı olaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu gün Azərbaycana səfər edir. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu Brüsseldə brifinqdə deyib. Onun sözlərinə görə, səfərdə məqsəd Avropanın dəstəyini ifadə etməkdir. Qeyd olunub ki, Avropa Komissiyasının rəhbərinin səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir. Səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun müşayiət edəcəyi deyilir.

Məlumat üçün bildirək ki, bu, Avropa Komissiyası Prezidentinin 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq. Xatırladaq ki, Lyayenin Azərbaycana əvvəlki səfərinin yekunları üzrə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb. Bu da Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması üçün zəmin yaradıb. 

Son aylarda Azərbaycan və Avropa İttifaqı rəsmilərinin qarşılıqlı səfərləri, həmçinin təhlükəsizlik, enerji və nəqliyyat sahələrində səmərəli dialoqları ikitərəfli əlaqələrin dərinləşməsinə önəmli töhfələr verib, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə daşınması üçün əlverişli zəmin yaradıb. Hazırda tərəflər arasında əlaqələr strateji müstəvidə irəliləyir. Xüsusilə 2025-ci ilin may və oktyabr aylarında Aİ-nin Tirana və Kopenhagendə keçirilmiş "Avropa Siyasi Birliyi"nin (ASB) Zirvə görüşlərində ölkəmizin yüksək səviyyədə təmsil olunması, dövlətimizin başçısı İlham Əliyevin həmin toplantılar çərçivəsində görüşləri əməkdaşlığa əlavə stimul verib. Azərbaycanla əməkdaşlığa verilən önəmin göstəricisidir ki, ötən ilin oktyabrında ASB-nin Kopenhagendə baş tutmuş 7-ci sammitində qurumun 12-ci Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Bakının belə bir mötəbər tədbirə evsahibliyi rəsmi Bakı ilə Brüssel arasında yaxınlaşmanın göstəricisidir. 

İkitərəfli təmasların coğrafiyası və intensivliyi bununla məhdudlaşmır. 2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın və may ayında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri rəsmi Bakının Brüsselin xarici siyasət gündəmində nə dərəcədə prioritet yer tutduğunun sübutudur. Avropanın yüksəkrütbəli rəsmilərinin Prezident İlham Əliyevlə birbaşa və intensiv dialoqu göstərir ki, Aİ Cənubi Qafqaz regionu ilə əməkdaşlığının məhz Azərbaycanla qurulan konstruktiv münasibətlərdən asılı olduğunu qəbul edir. Bu səfərlər tərəflər arasında qarşılıqlı etimadın və ortaq maraqların yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir.

Son aylar Litva Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin, Çexiya Baş naziri Andrey Babişin və İtaliya Baş naziri Ciorcia Meloninin Azərbaycana ardıcıl səfərləri də rəsmi Bakının beynəlxalq nüfuzunun və mövqeyinin miqyasını nümayiş etdirir. Bu görüşlərdə əsas diqqət enerji tərəfdaşlığı ilə yanaşı, regional təhlükəsizlik və sülh gündəliyinə yönəldilib, xüsusilə enerji idxalı və nəqliyyat dəhlizləri mövzusunda mühüm razılaşmalar əldə edilib. Avropa liderlərinin Bakıda verdikləri bəyanatlar da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyin yüksək səviyyədə davam etdiyinin təzahürüdür. 

Bu dəstəyin və marağın formalaşmasında iqtisadi amillər, xüsusən enerji faktoru həlledici rol oynayır. Azərbaycan zəngin karbohidrogen ehtiyatları və reallaşdırdığı irimiqyaslı layihələr sayəsində Avropa İttifaqının enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu oynayır. "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər qazının birbaşa Avropa bazarlarına çatdırılması qitənin resurs mənbələrini şaxələndirib. Hazırda Aİ-nin 10 üzvü Azərbaycanın mavi yanacağını idxal edir, ümumilikdə isə tədarük coğrafiyamız artıq 16 ölkəni əhatələyir. Eyni zamanda birliyin 27 üzvündən 10-u ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Bu da o deməkdir ki, Avropanın üçdəbiri ölkəmizi mühüm perspektivli tərəfdaş kimi görür. 

Digər tərəfdən Bakının regiondakı çəkisi xüsusilə Orta dəhliz və Xəzər hövzəsinin artan əhəmiyyəti fonunda daha da möhkəmlənir. Azərbaycan Aİ-nin Mərkəzi Asiya və Çinə çıxışını təmin edən əsas mərkəz rolunu oynayır. Şərqdən Qərbə doğru uzanan ən etibarlı və təhlükəsiz tranzit yolu məhz Cənubi Qafqazdan keçir. Digər regionlardakı münaqişələr və qeyri-sabitlik fonunda ölkəmizin təqdim etdiyi marşrut yeganə dayanıqlı və təhlükəsiz alternativə çevrilib. Orta dəhlizin mərkəzi ünvanı olan Azərbaycanla tərəfdaşlıq Brüsselə regional bağlantı layihələrində üstünlük qazandırır.

Avropa İttifaqı Xəzər dənizi ilə Avropanı birləşdirəcək "yaşıl enerji" dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsinə də böyük maraq göstərir. Brüssel həmin reallığı gördüyü üçün Bakının bu sahədəki strateji çəkisini də yüksək qiymətləndirir. Azərbaycanın logistik mərkəz kimi əhəmiyyəti qlobal səviyyədə təsdiqlənmiş faktdır. Bu gün aydın görünür ki, rəsmi Bakının iştirakı olmadan Avrasiyada əsas iqtisadi arteriyaların işləkliyini təmin etmək mümkün deyil. Məhz buna görə Aİ rəhbərliyi ölkəmizlə münasibətləri dərinləşdirməyə xüsusi maraq göstərir.

Münasibətlərin gələcək inkişafı üçün tərəflər rəqəmsal transformasiya, innovasiya və süni intellekt kimi yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Xüsusilə Xəzər dənizindən Qara dənizin dibi ilə Avropaya çəkiləcək elektrik kabeli layihəsi (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan) Bakını Avropanın elektrik enerjisi bazarına birbaşa bağlayacaq. 

Bununla belə tərəfdaşlıq fonunda fərqli yanaşmalar da mövcuddur. Avropa Komissiyası Azərbaycana münasibətdə Aİ-nin digər strukturlarından fərqlənir. Prezident İlham Əliyev Avropa İttifaqının və Avropanın həmin digər strukturlarının Azərbaycana yönəlik ziddiyyətli yanaşmalarına "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı diqqət çəkmişdir: "Mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır". 

Həqiqətən, Azərbaycanın Avropa Komissiyası və Avropa İttifaqı Şurası ilə əlaqələri dinamik inkişaf edir. Tərəflər arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində real nəticələrə əsaslanan işbirliyi var. Bunun əksinə, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qeyri-konstruktiv, qərəzli və ikili standartlara əsaslanan mövqeyi ortadadır. Regionda yaranan yeni sülh reallıqlarına baxmayaraq, bu strukturların qeyri-obyektiv qətnamələri ədalətsiz yanaşma kimi qiymətləndirilir. Lakin mövcud geosiyasi və geoiqtisadi şərtlər Bakı ilə əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır. 

Mövcud dinamika da onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı daha institusional və strateji xarakter alacaq. Tərəflər arasındakı real maraqlar və irimiqyaslı qlobal layihələr bu tərəfdaşlığın gələcək perspektivlərini şərtləndirən əsas amil kimi qalmaqdadır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

11:43
01 İyul

Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib

11:29
01 İyul

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:26
01 İyul

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura  

11:25
01 İyul

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

11:24
01 İyul

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

11:13
01 İyul

Azərbaycan nefti 75 dollara satılır 

11:11
01 İyul

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

11:08
01 İyul

Dünya bazarında qızıl 51 dollar ucuzlaşıb

10:47
01 İyul

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

Dünya çempionatı: Meksika millisi 1/8 finala vəsiqə qazanıb

09:26
01 İyul

“Bloomberg”: ABŞ İranla bağlı danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir  

09:13
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!