01 İyul 2026 11:43
149
İQTİSADİYYAT
A- A+
Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  


İyulun 1-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçirilib.

Əvvəlcə QDTİB-nin prezidenti Serhat Köksal və bankın rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

AZƏRTAC xəbər verir ki, İllik Toplantının açılış mərasimində çıxış edən maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev bu mötəbər tədbirin qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir dövrə təsadüf etdiyini bildirib. Nazir geosiyasi dəyişikliklər, iqlim çağırışları və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə regional əməkdaşlığın gücləndirilməsi üçün kapitalın, innovasiyaların və insan potensialının bir araya gətirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sahil Babayev son illərdə Azərbaycanda iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib. Nazir bu prioritetlər çərçivəsində enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və bərpaolunan enerji kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqətin yetirildiyini bildirib. O diqqətə çatdırıb ki, Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyalar həyata keçirilib.

Çıxışında ölkəmizin tranzit potensialına da toxunan maliyyə naziri Azərbaycanın Avrasiya məkanında mühüm iqtisadi və logistika qovşağına çevrildiyini vurğulayıb. Bildirilib ki, xüsusilə “Orta Dəhliz”in artan strateji əhəmiyyəti, limanlara, avtomobil və dəmir yollarına, logistika mərkəzlərinə, habelə rəqəmsal infrastruktura yönəlmiş irimiqyaslı investisiyalar ölkənin tranzit və etibarlı ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq münasibətlərindən danışan Sahil Babayev qeyd edib ki, banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. O bildirib ki, QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir. Nazir bankın özəl sektorun inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və ticarətin dəstəklənməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək prioritet istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

QDTİB-nin prezidenti Serhat Köksal çıxışında bankla uzun illər ərzində formalaşmış möhkəm və etibarlı tərəfdaşlığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib. Serhat Köksal vurğulayıb ki, ölkə bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır.

O əlavə edib ki, bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bildirib ki, Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. Serhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.

İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub.

Qeyd edək ki, 2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik Bolqarıstana keçir.

QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı iyulun 2-də “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunacaq Biznes Forumla davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

13:39
01 İyul

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

13:38
01 İyul

Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir

13:21
01 İyul

bp Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğunu SOCAR-a ötürür

13:13
01 İyul

Sabah hava əsasən yağmursuz olacaq

13:02
01 İyul

Hesablama Palatasının sədri dövlət satınalmaları üzrə ilkin təhlilin nəticələrini açıqlayıb  

12:56
01 İyul

ATƏT tədbirində Ermənistana işgəncəyə məruz qoyduğu azərbaycanlılarla bağlı suallar ünvanlanıb VİDEO  

12:47
01 İyul

Nazir: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesə dəstəyini genişləndirməyi planlaşdırır  

12:41
01 İyul

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda Günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcək

12:36
01 İyul

Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik Bolqarıstana keçir  

12:24
01 İyul

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

11:43
01 İyul

Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib

11:29
01 İyul

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:26
01 İyul

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura  

11:25
01 İyul

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

11:24
01 İyul

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

11:13
01 İyul

Azərbaycan nefti 75 dollara satılır 

11:11
01 İyul

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

11:08
01 İyul

Dünya bazarında qızıl 51 dollar ucuzlaşıb

10:47
01 İyul

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!