01 İyul 2026 08:10
210
SİYASƏT
A- A+
Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir


YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ICAPP Daimi Komitəsinin xüsusi sessiyasında çıxış edib


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 25-28 iyun tarixlərdə Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 45-ci iclasının xüsusi sessiyasında videoformatda iştirak edib.

17 ölkədən 22 aparıcı siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində Monqolustan Xalq Partiyasının baş katibi Sodbator Yanquq və ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq çıxış ediblər.

ICAPP-ın baş katibi Oh Sonq təşkilatın fəaliyyətinə dair cari məsələlər barədə məruzə ilə çıxış edib. Sonra gələcək iş planı ətrafında fikir mübadiləsi aparılıb.

ICAPP Daimi Komitəsinin "Rəqəmsal dövrdə Asiya transformasiyası: süni intellektin yaratdığı çağırışlar" mövzusuna həsr olunmuş xüsusi sessiyası keçirilib.

Sessiyaya videoformatda qatılan YAP Sədrinin müavini Tahir Budaqov ICAPP Daimi Komitəsinin 45-ci iclasına evsahibliyinə görə Monqolustan Xalq Partiyasına təşəkkürünü bildirib və iclasın işinə uğurlar arzulayıb. O, hazırda olduqca aktual bir mövzuya həsr olunmuş bu mühüm iclasda aparılan müzakirələrin rəqəmsal inkişafın ən son yeniliklərinin və süni intellektin yaratdığı çağırışlara adekvat tədbirlərin müəyyənləşdirilməsi baxımından səmərəli fikir və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Tahir Budaqov qeyd edib ki, bu gün bəşəriyyət fundamental texnoloji dəyişikliklər dövrünü yaşayır: "Asiya qitəsi bu transformasiyanın əsas mərkəzlərindən biridir. Əhalisinin sayı, iqtisadi potensialı, texnoloji innovasiya imkanları və insan kapitalı baxımından Asiya süni intellekt inqilabının əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Bununla yanaşı, regionumuz rəqəmsal bərabərsizlik, texnoloji asılılıq, kibertəhlükəsizlik riskləri, etik tənzimləmə və əmək bazarının transformasiyası kimi ciddi çağırışlarla da üz-üzədir. Bu baxımdan əsas məsələ süni intellektin inkişaf edib-etməyəcəyi deyil, onun hansı prinsiplər əsasında inkişaf etdiriləcəyidir. Bu qlobal prosesləri diqqətlə izləyən Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu sahədə həyata keçirilən islahatlar çərçivəsində ölkədə elektron dövlət xidmətlərinin inkişafı və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli prioritetlərimizi dəstəkləyən etibarlı, təhlükəsiz və səmərəli infrastruktur, data bazası və xidmətlər təmin etməklə nəqliyyat və kommunikasiya şirkətlərimizin fəaliyyətini müasirləşdirmək, qarşılıqlı inteqrasiyasını təmin etmək və dəyərini artırmaq məqsədilə 2024-cü ildə "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs yaradılmışdır. AZCON Holdingin tərkibində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi süni intellekt sahəsində tədqiqat və inkişaf fəaliyyətinin təşviqinə, innovativ həllərin hazırlanmasına, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə və qabaqcıl texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə dəstək göstərir".

YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" isə bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir, ölkədə süni intellekt ekosisteminin inkişaf etdirilməsi, innovativ həllərin təşviqi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur: "Strategiyanın icrası çərçivəsində atılmış mühüm addımlardan biri Azərbaycanda süni intellekt üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, yeni nəsil mütəxəssislərin hazırlanması məqsədilə 2025-ci ildə Süni İntellekt Akademiyasının yaradılmasıdır. Azərbaycanın ali təhsil müəssisələri də bu prosesdə mühüm rol oynayır. Ölkənin aparıcı universitetlərində kompüter elmləri, informasiya texnologiyaları, verilənlərin analitikası və süni intellekt istiqamətlərində ixtisaslaşmış proqramlar inkişaf etdirilir. Məqsəd yalnız texnologiyadan istifadə edən mütəxəssislər deyil, yeni texnologiyalar yaradan tədqiqatçılar və innovatorlar yetişdirməkdir. Görülən işlər çərçivəsində rəqəmsal texnologiyaların və süni intellektin dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi ilə bərabər, onların yaratdığı problemlərin və təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin gücləndirilməsi yönündə də hüquqi və əməli addımlar atılır, müvafiq qanunlar qəbul edilir. İnsanlar istifadə etdikləri texnologiyaların şəffaflığına, təhlükəsizliyinə və ədalətliliyinə inanmalıdırlar. Süni intellekt sistemləri hüququn aliliyinə, etik normalara və insan hüquqlarına uyğun fəaliyyət göstərməlidir. Bu baxımdan beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Heç bir dövlət süni intellektin yaratdığı imkanlardan və risklərdən təkbaşına sığortalana bilməz. Məlumat təhlükəsizliyi, etik standartlar, rəqəmsal idarəetmə və innovasiya sahəsində ortaq yanaşmaların hazırlanması qlobal zərurətə çevrilmişdir".

Tahir Budaqovun sözlərinə görə, süni intellekt və rəqəmsal transformasiya yalnız hökumətlərin deyil, eyni zamanda siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir: "Müasir dövrdə siyasi partiyalar cəmiyyətlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı, texnoloji dəyişikliklərin sosial nəticələrinin düzgün idarə olunmasında mühüm məsuliyyət daşıyırlar. Siyasi partiyalar rəqəmsal savadlılığın artırılması, innovasiyaların təşviqi, gənclərin texnologiya sahəsinə cəlb olunması və süni intellektin etik istifadəsi ilə bağlı ictimai konsensusun formalaşdırılmasında fəal rol oynamalıdırlar. Yeni Azərbaycan Partiyası da süni intellektin imkanlarından istifadə etmək məqsədilə özünün ixtisaslı kadrları vasitəsilə bu texnologiyanı öyrənir və onun tətbiqi imkanlarını təhlil edir. Ötən il iyunun 15-də YAP-ın təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" adlı beynəlxalq konfransın "Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar" mövzusuna həsr olunmuş panel sessiyasında kifayət qədər maraqlı fikir və təcrübə mübadiləsi aparılmışdır. Günümüzün reallıqlarını nəzərə alaraq, bu məsələnin daim diqqət mərkəzində saxlanılmasının və aparılan müzakirələrin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini bir daha qeyd edir, bugünkü müzakirələrin də uğurlu nəticələrlə yadda qalacağına əminliyimi ifadə edirəm".

Aparılmış müzakirələrdə rəqəmsal transformasiyanın və süni intellektin inkişafının qlobal tərəqqi və rifaha bir çox yeni imkanlar yaratdığı qeyd olunub. Bununla belə, yeni texnologiyaların, xüsusən də süni intellektin meydana çıxardığı bir sıra təhlükəsizlik çağırışlarına qarşı beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş və birgə fəaliyyətinin zəruriliyi vurğulanıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

11:43
01 İyul

Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib

11:29
01 İyul

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:26
01 İyul

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura  

11:25
01 İyul

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

11:24
01 İyul

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

11:13
01 İyul

Azərbaycan nefti 75 dollara satılır 

11:11
01 İyul

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

11:08
01 İyul

Dünya bazarında qızıl 51 dollar ucuzlaşıb

10:47
01 İyul

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

Dünya çempionatı: Meksika millisi 1/8 finala vəsiqə qazanıb

09:26
01 İyul

“Bloomberg”: ABŞ İranla bağlı danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir  

09:13
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!