01 İyul 2026 14:21
152
CƏMİYYƏT
A- A+
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  


İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. Müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilinə başlanılır.

İSB-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.

İyulun 6-dan etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı “ASAN xidmət” mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək.

İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) “Şəxsi kabinet” və “Elektron xidmətlər” bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər.

Eyni zamanda, www.isb.az portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür.

İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

15:19
01 İyul

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

15:01
01 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

14:49
01 İyul

İdarə Heyətinin sədri: Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi vacibdir

14:39
01 İyul

Valentina Matviyenko Rusiyada yanacaqla bağlı vəziyyəti “dramatikləşdirməyin” əleyhinədir

14:29
01 İyul

Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub  

14:23
01 İyul

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  

14:21
01 İyul

QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır

14:16
01 İyul

Latın Amerikasında sağçıların yeni qələbəsi: Keyko Fuhimori Peru Prezidenti seçilib  

14:01
01 İyul

AFR Kansleri Dünya Kubokundan kənarda qalan milli komanda haqqında xoş sözlərinə görə tənqid atəşinə tutuldu  

13:53
01 İyul

Qarabağ müharibəsi əlilinə elektron araba verilib  

13:39
01 İyul

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

13:39
01 İyul

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

13:38
01 İyul

Gəncədə bərk məişət tullantıları poliqonunda abadlıq işləri aparılıb  

13:24
01 İyul

Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir

13:21
01 İyul

bp Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğunu SOCAR-a ötürür

13:13
01 İyul

Sabah hava əsasən yağmursuz olacaq

13:02
01 İyul

Hesablama Palatasının sədri dövlət satınalmaları üzrə ilkin təhlilin nəticələrini açıqlayıb  

12:56
01 İyul

ATƏT tədbirində Ermənistana işgəncəyə məruz qoyduğu azərbaycanlılarla bağlı suallar ünvanlanıb VİDEO  

12:47
01 İyul

Nazir: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesə dəstəyini genişləndirməyi planlaşdırır  

12:41
01 İyul

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda Günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcək

12:36
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!