Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər
Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Füzuliyə və Şuşaya səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb, vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar yenidənqurma və təmir-bərpa işlərini böyük məmnunluqla müşahidə ediblər.
Nümayəndə heyətinin ölkəmizə səfərinin şüarına uyğun olaraq “Prezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birlikdə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.
Sonra qonaqlar Şuşaya yola düşüblər. Burada da erməni qəsbkarlarının otuz illik işğal dövründə törətdikləri vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər.
Diaspor nümayəndələri və qazax xalqının təmsilçiləri Cıdır düzündə böyükölçülü bayraq açaraq qürurla dalğalandırıb, xatirə şəkilləri çəkdiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib...
17 Iyul
Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib...
17 Iyul
Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin təqvimi müəyyənləşib
17 Iyul
Azərbaycan çempionatının başlama tarixi müəyyənləşib
17 Iyul
"Şerif"in baş məşqçisi: Komandamızda kifayət qədər moldovalı futbolçu var
17 Iyul
Rəşad Sadıqov: “Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram”
17 Iyul
Səudiyyə vəliəhdi ilə İran Prezidenti arasında telefon danışığı olub
17 Iyul
Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər...
17 Iyul
Fransanın xarici borcu 800 milyard avroya çatıb
17 Iyul
Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir...
17 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!