17 Iyul 2024 21:55
120
SİYASƏT
A- A+

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Gəncə şəhərində seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda MSK-nın üzvləri Fuad Cavadov və İlkin Şahbazov çıxış ediblər.

Fuad Cavadov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, həmçinin şikayətlərin araşdırılması prinsipləri barədə məlumat verib.

Sonra çıxış edən İlkin Şahbazov seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılmasından və ekspert qruplarının fəaliyyətinin əsaslarından danışıb.

Əyani vəsaitlərdən də istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.

Çıxışlardan sonra seminar seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə praktik məşğələlərlə işini davam etdirib və iştirakçılar üçün sınaq testi keçirilib. Tədbir zamanı dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan və onlara yardımçı olacaq yaddaş kitabçası da paylanılıb.

Seminarda bildirilib ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən seminarların məqsədi qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatlılığının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Gündəliyə uyğun olaraq tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılıb və dairə seçki komissiyalarının ekspertlərini maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video