17 Iyul 2024 23:46
114
DÜNYA
A- A+

S.Lavrov: İran prezidentinin bəyanatları ümid verir

 

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın ilk bəyanatları ziddiyyətləri və etimadsızlığı aradan qaldırmaq üçün bütün Körfəz ölkələrinin yaxınlaşmasına ümid verir. TASS agentliyi xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı bildirib.

Məlumata görə, nazir deyib: “İranda keçirilən növbədənkənar seçkilərdən və yeni prezident Məsud Pezeşkianın ilk bəyanatlarından sonra Körfəzin bütün sahilyanı ölkələrinin çoxdankı ziddiyyətlərin, inamsızlıqların aradan qaldırılması naminə yaxınlaşmasına ümid var”.

Lavrovun sözlərinə görə, BMT qərarlarına tam uyğun olaraq Fələstin məsələsində irəliləyiş ümumi Avrasiya memarlığının formalaşması prosesinə mühüm töhfə olardı.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video