Azərbaycan Prezidentinin Türkiyəyə səfəri qardaş ölkə mediasının əsas manşet mövzusu oldu
Türkiyə-Azərbaycan əlaqələrinin mövcud səviyyəsi qardaşlığın, dostluğun rəmzi olaraq iki dövlətin həmrəyliyinin, birliyinin yüksək təzahürü sayılır. Strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. Azərbaycan-Türkiyə əlaqələrinin siyasi, iqtisadi və digər sahələr üzrə dinamik inkişafının davam etməsi böyük bir coğrafi məkanda proseslərin gedişinə müsbət təsir göstərir. Təbii ki, münasibətlərin bu qaydada formalaşmasında liderlərin də xüsusi rolu var.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə növbəti işgüzar səfəri, Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etməsi həmişə olduğu kimi, böyük maraq və rəğbətlə qarşılanıb.
Səfər qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Teleşirkətlər isə həmin hadisəni canlı yayımlar vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:
"Sabah" qəzeti "Türk dünyasına strateji xətt" adlı xəbəri manşetdən verib. Bildirilib ki, siyasi, iqtisadi, ticari, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əməkdaşlığın bundan sonra da çevik inkişafı Azərbaycan və Türkiyəyə yeni-yeni uğurlar vəd edir. Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayrılan məqalədə qeyd olunub ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Türkiyə ərazisindən gedən Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
"Takvim" qəzetinin "Qardaş enerjisi" başlıqlı xəbərində qeyd edilib ki, ölkələr arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Enerji sektorunda Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, "Şahdəniz" yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə ölkələr arasında enerji əməkdaşlığı daha da yüksəlib: "Anadoludan keçən təbii qaz boru kəməri - TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik".
Qeyd olunur ki, Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib. Bununla Azərbaycan Türkiyədə ən böyük investora çevrilir.
"Türkiyə" qəzetinin "Türk dünyasına enerji körpüsü" başlıqlı xəbərində isə bildirilib ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri açıqlamalarla bir sıra maraqlı məqamları diqqətə çatdırıblar. Prezident İlham Əliyevin "Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır" fikirlərinə toxunaraq qeyd edilib ki, birgə həyata keçirilən enerji layihələri nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir.
Bundan başqa, qəzetlərdən "Hürriyət", "Yeni Akit", "Yeni Birlik", "Yeni Şafak", "Akşam", "Posta", "Diriliş Postası" və "Türkgün", habelə "Anadolu" Xəbər Agentliyi, "TRTHaber", "AHaber", "NTV", "CNN Türk" kanallarında və bir çox xəbər agentliyində dərc edilən və göstərilən xəbərlərdə də İlham Əliyevin Türkiyəyə səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti isə Türkiyənin ən yaxın və səmimi dostudur.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Türkiyə və Somali liderləri arasında Ankarada danışıqlar aparılıb
Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb
Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb
Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib
Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb
Almaniya və Avstriyanın daxili işlər nazirlərinin Suriyaya səfəri terror təhlükəsi ilə əlaqədar ləğv edilib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb
Misirdə turist batiskafı batıb: ölənlər var
İtaliya Suriyada humanitar layihələrin maliyyələşdirilməsi üçün 68 milyon avro ayırıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar YENİLƏNİB
Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb
Sorğu: Ukrayna Prezidenti Zelenskiyə etimad səviyyəsi artıb
Türkiyənin ədliyyə naziri: Hər cinayətin müdafiə prosesi məhkəmədə aparılmalıdır, küçələrdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3
Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq
Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq
“Əyilməz Fransa” partiyası VI Respublikaya keçmək üçün Təsis Məclisinin çağırılmasına dair petisiyaya başlayıb
Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!