Çin Xalq Respublikasında səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 27-də Pekində Çinin nüfuzlu beyin mərkəzlərindən olan Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir müavini Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional məsələlərə dair mövqeyi, dost ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə münasibətləri barədə danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi fəal xarici siyasət yürüdür, dünyada sülhün, sabitliyin, ədalətin təminatı, bərabərhüquqlu əməkdaşlığın inkişafı üçün səy göstərir. Rəsmi Bakı qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.
Qeyd olunub ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla həm tarixi ədaləti, həm ərazi bütövlüyünü və suverenliyini bərpa edib, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına icra edib.
Azərbaycanın Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün səylərinin davametdirdiyini vurğulayan diplomat, ölkəmizin qətiyyəti sayəsində yaranan yeni reallıqların region ölkələri üçün yeni və mühüm əməkdaşlıq imkanları yaratdığını söyləyib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizlə işlərindən, işğal dövründə tam dağıdılmış infrastrukturun yenidən qurulmasından, tarixi-mədəni irsin bərpasından danışıb, bu işlərdə xarici şirkətlərin, o cümlədən Çin firmalarının fəal iştirakının əhəmiyyəti vurğulayıb.
Nazir müavini Azərbaycan-Çin münasibətlərindən danışaraq, dövlətlərimizin başçıları İlham Əliyev ilə Si Cinpin arasında dostluğa, qarşılıqlı etimada və hörmətə əsaslanan fəal dialoqun formalaşdığını vurğulayıb, bu amilin iki ölkənin münasibətlərinin inkişafı və çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsi üçün istiqamətverici amil olduğunu bildirib. Diqqətə çatdırıb ki, ötən ilin iyulunda Astanada dövlət başçılarının görüşündə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına dair Birgə Bəyannamə qəbul olunub. Bu, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə yüksəlməsi ilə yanaşı, iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişafı üçün yeni yollar açıb.
E.Məmmədov iki ölkənin iqtisadi əməkdaşlığına toxunaraq, Cənubi Qafqazın ÜDM-nin 70 faizini təmin edən Azərbaycan ilə Çinin ticarət dövriyyəsinin 2023-cü illə müqayisədə ötən il 20,7 faiz artdığını, Çinin Azərbaycanın ən böyük 5 ticarət tərəfdaşından biri olduğunu, ölkəmizdə 300-ə yaxın Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini deyib. O, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı üzrə əməkdaşlığın genişləndirilməsi üçün işlərin həyata keçirildiyini bildirib, Çinin müxtəlif şəhərlərində Azərbaycan Ticarət və ya Şərab Evləri təsis olunduğunu bildirib.
E.Məmmədov tarixən ticarət yollarının üzərində önəmli rol olan Azərbaycanın son illər yaratdığı nəqliyyat-logistika infrastrukturunun qərb ilə şərq, şimal ilə cənub arasında yüklərin daşınması üçün əlverişli imkanlar açdığını, Çindən sonra Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsinə həm öz ərazisində, həm də onun hüdudlarından kənarda ən çox sərmayə qoyan ölkə olduğunu diqqətə çatdırıb. Ötən ilin 9 ayında Azərbaycan və Çin arasında tranzit daşımaların həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 78 faiz artıb.
Nazir müavini çıxışında ölkələrimizin turizm, humanitar, elm və təhsil sahəsində əlaqələrindən söz açıb, bu işlərdə Heydər Əliyev Fondunun böyük rolunu qeyd edib, iki ölkənin regionları arasında formalaşan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub
Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir
Almaniya klubunun baş məşqçisi istefaya göndərilib
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!