02 Sentyabr 2025 08:35
2149
Mədəniyyət
A- A+
Qarabağın salnaməçisi - Mirzə Adıgözəl bəy 

Qarabağın salnaməçisi - Mirzə Adıgözəl bəy 


O, ömrünün ilk çağlarından Qarabağın gərgin günlərinin şahidi olub. Mirzə Adıgözəl bəy hələ Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah qoşunları ilə Qarabağa daxil olub, Şuşa qalasını mühasirəyə alıb. Amma o vaxt Ağa Məhəmməd şah məqsədinə çatmayıb. Şəhəri ələ keçirə bilməyən şah Gürcüstana üz tutub. Tarixi mənbələrdən məlumdur ki, Ağa Məhəmməd şahın qoşunları Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də işğal edib.

Mirzə Adıgözəl bəy Azərbaycan tarixşünaslığına mühüm töhfəsi sayılan "Qarabağnamə" adlı əsərində həmin hadisələrdən də bəhs edib.

Müəllif öz əsərində dünyaya göz açdığı Qarabağın 1736-cı ildən 1828-ci ilədək siyasi tarixini qələmə alıb. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si XVIII əsrin sonları, XIX əsrin əvvəlləri Azərbaycan tarixşünaslığının ən mühüm qaynaqlarından biri hesab edilir.

Əsərinin əlyazmasının son səhifələrində Mirzə Adıgözəl bəy öz tərcümeyi-halından çox qısa bəhs edib. O, Qarabağda dünyaya gəldiyini yazıb. Lakin təvəllüdünü qeyd etməyib. Araşdırıcıları Mirzə Adıgözəl bəyin dünyaya gəldiyi ili onun tərcümeyi-halında işarə etdiyi faktlara əsasən təxmin ediblər. Bu şəxsiyyətin XVIII əsrin səksəninci illərinin əvvəllərində anadan olduğu qənaətinə gəliblər. 

Mirzə Adıgözəl bəyin də yazdıqlarından görünür ki, onun doğma şəhərinin başının üstündən qara buludlar çəkilməyib. Bir çoxu kimi bu insanın atasının da yurdunu tərk etməkdən başqa çarəsi olmayıb. O, ailəsi ilə Gürcüstana qaçmaq məcburiyyətində qalıb. Araşdırıcı V.N.Leviatov "Qarabağnamə" kitabına  müqəddiməsində yazıb: "Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək Şirvan, Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti kimi, böyük əziyyətlər çəkmişdilər. Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsinin çəkdiyi bütün əziyyətlər başqa qaçqınların da başına gəldi".

Araşdırıcı qeyd edir ki, 1796-cı ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi: "1796-cı il yaz fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və Xorasana getdi". Lakin Mirzə Adıgözəl bəygil Gürcüstandan geri qayıda bilməyib. Çünki Qarabağdan dəhşətli xəbərlər alıblar. 1797-ci ilin yazında Ağa Məhəmməd şah qoşunları ilə yenidən Qarabağa hücum edib. 1795-ci ildə İran qoşunları Şuşaya ağır zərbə vurmuşdular. Aclıq və taun xəstəliyi əhalini əldən salmışdı. Şəhəri ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvəsi və vəsaiti yetərsiz olan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edib. Ağa Məhəmməd şah qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşaya soxulub.

Gürcüstan Rusiya ilə birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarıb. Kovalenskiyə Mirzə Adıgözəl bəyi nişan veriblər. Nazir onu gizli məktublarla əlaqədar işlər üçün xidmətə qəbul edib. Bu barədə Mirzə Adıgözəl bəy özü tərcümeyi-halında yazıb. Araşdırıcı Leviatovun qənaətincə, Mirzə Adıgözəl bəy bu məxfi vəzifədə 1799-cu ilin axırlarında və bütün 1800-cü il boyu xidmət etməliydi. Mirzə Adıgözəl bəyin həyatında bu dövrün böyük əhəmiyyəti olduğunu qeyd edən araşdırıcı bildirib ki, əgər indiyə qədər Adıgözəl bəy öz vətənində baş vermiş tarixi hadisələri müşahidə etmək və onlara qiymət verməklə öz siyasi təmayülünü müəyyən etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən sonra isə o, öz siyasi təmayulünü tamamladı və möhkəmləndirdi.

Mirzə Adıgözəl bəyin Kovalenskinin yanında, onun Gürcüstan idarə işlərini knyaz Sisianova təhvil verənə, yəni 1803-cü ilin fevralınadək xidmət etdiyi ehtimal olunur. Gürcüstan canişini və Qafqaz qoşunları komandanı knyaz Sisianovun yanında Mirzə Adıgözəl bəyin xidmət etməsi barədə məlumat yoxdur. Ömrünün bu illərindən Mirzə Adıgözəl bəy özü tərcümeyi-halında belə bəhs edib: "Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim". O, general-mayor Lisaneviçin yanına xidmətə təyin olunub. Həmin vəzifədə xeyli müddət qalıb: Mirzə Adıgözəl bəy tərcümeyi-halında bu barədə yazıb: "On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim".

1816-cı ilin oktyabrında Gürcüstanın əlahiddə korpus komandiri vəzifəsinə təyin edilərək Tiflisə gələn general A.P.Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın yanına göndərib. Mirzə Adıgözəl bəy tərcümeyi-halında yazıb ki, qarabağlı Mehdiqulu xan ona ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytarıb, yeni malikanələr bağışlayıb və onu "İyirmi dörd" mahalına naib təyin edib. Araşdırmalarda "İyirmi dörd" mahalının Qarabağ xanlığının mahallarından biri olduğu bildirilib. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın ən yaxın və inanılmış adamlarından  sayılıb. Mehdiqulu xan xaricə qaçdığı günədək onun yanında olub.

Mirzə Adıgözəl bəy general Yermolovun tapşırığı ilə üç il, 1823-cü ildən 1826-cı ilədək Qarabağ sərhədlərinin mühafizəsi üzrə qulluqda olduğunu yazıb. Sərhədi mühafizə etməklə İran hökumətinin müharibəyə başlayacağı barədə məlumatlar alan və həmin məlumatları Şuşa qalasının komendantı mayor Çilyayeva çatdıran Mirzə Adıgözəl bəyə öz postunda - Qarabağ sərhəd postları xəttinin son sağ qolunda, Murov dağının cənub ətəklərində, Bazərgan bulağı yanında istehkamlar qurmaq əmri verilib. O, burada ikən, 1826-cı ildə müharibə başlayıb. Mirzə Adıgözəl bəyin və ona tapşırılan dəstənin Şuşa və Tiflislə əlaqəsi kəsilib. O, tərcümeyi-halında cürbəcür yollarla Şuşa ilə əlaqəni bərpa etməyə və hər bir addımda ölüm təhlükəsi olan düşmən arxasından çıxmağa cəhd göstərdiyini yazıb. Tiflisə tərəf geri çəkilən rus qoşunları ilə birləşmək mümkün olmayıb. İran qoşunlarının mühasirəsində olduğu üçün Şuşa qalasına da gedə bilməyib. Çətin vəziyyətdən çıxmaq üçün yol tapmayan Mirzə Adıgözəl bəy təhlükə ilə üzləşməyə məcbur olub. O, tərcümeyi-halında İran vəliəhdi Abbas Mirzənin qərargahına getdikdən sonra əsirlikdə başına gələnlərdən ətraflı bəhs edib. Mirzə Adıgözəl bəy əsir kimi Təbrizə aparılıb.

Abbas Mirzənin döyüşlərdə zərbə alaraq zəifləmiş qoşunlarını yenidən nizamlamaq üçün vaxt qazanmaq istəyi, sülh danışıqlarına başlamaq cəhdi onun əsirliyinin sonunu gətirib. O, Şuşaya bu məqsədlə göndərilib. Araşdırıcılar bu hadisənin 1827-ci ilin əvvəllərində olduğunu ehtimal edirlər.

Şuşadan da Tiflisə gedən Mirzə Adıgözəl bəy general A.P.Yermolov və qərargah rəisi general-adyutant İ.İ.Dibiç ilə görüşüb. 

Mirzə Adıgözəl bəy tərcümeyi-halında knyaz Abxazovun rəhbərliyi altında xidmət etdiyini yazıb ki, araşdırıcıları bunun 1929-cu ildə ola biləciyini qeyd ediblər. Onun 30 ilə yaxın xidmət etdikdən sonra, 1829-cu ilin axırlarında və ya 1830-cu ilin əvvəllərində istefaya çıxdığı güman edilir. Mirzə Adıgözəl bəyin 1830-1840-cı illərindəki həyat və fəaliyyəti haqqında dəqiq məlumat qalmayıb. Yalnız 1834-cü ilin əvvəllərinə aid tapılmış arxiv sənədləri onun məhkəmədə şahid sifətilə çıxış etdiyini təsdiqləyib.

Azərbaycan dilindən savayı fars, rus, gürcü və erməni dillərini bilən Mirzə Adıgözəl bəy Şərq poeziyasını çox sevib. O, şeiriyyatının vurğunu olduğu Nizami Gəncəvinin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirib.

Mirzə Adıgözəl bəy 1848-ci il sentyabrın 9-da dünyadan köçüb. Mülkü olan Rəhimlidə (Goranboy rayonun Rəhimli kəndi) dəfn olunub.

O, şeirlər də yazıb. Ancaq Mirzə Adıgözəl bəy daha çox "Qarabağnamə"nin müəllifi kimi anılır. Araşdırıcıların fikrincə, təxmin edildiyi kimi, altmış beş yaşında görmə qabiliyyəti zəifləmiş müəllif "Qarabağnamə"ni 1845-ci ildə diktə edərək yazdırıb.


Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!