19 İyul 2024 22:12
283
CƏMİYYƏT
A- A+
Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

 

Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün brifinq keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə mobillik və ictimai nəqliyyat sisteminin daha da səmərəli təşkili, avtobus parklarının yenilənməsi, sərnişin və yükdaşımalarında keyfiyyətin yüksəldilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, ekoloji təmiz nəqliyyat vasitələrinin, eləcə də mikromobillik vasitələrinin təşviqinin prioritet məsələlər kimi daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

“Bu istiqamətdə görülən işlər çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dəyişikliklər özündə mikromobillik, parklanma sahəsində qanunvericiliyin günün tələblərinə uyğunlaşdırılması, həmçinin normaların daha işlək hala gətirilməsi üçün tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini əks etdirir. Qanunvericiliyə bir çox ilklər də daxil edilib”, – deyə nazir müavini qeyd edib.

Brifinqdə bildirilib ki, yol hərəkətinin təşkili və tənzimlənməsi sahəsində aparılan işlərdən biri də nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsi, velosipedçilərin, kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin hərəkət təhlükəsizliyinin təmin edilməsi, eləcə də parklanma sahəsində fəaliyyətin təkmilləşdirilməsidir.

Həmçinin vurğulanıb ki, ölkəmiz üçün yeni olan kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinin artmasına baxmayaraq, bununla bağlı məsələlər normativ aktlarla tənzimlənmirdi. Yeni dəyişikliklər hərəkət iştirakçılarının sağlamlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, həm də bu sahədə məsuliyyətin artırılmasına, tənzimlənmənin daha da effektiv tətbiqinə imkan yaradır. Eyni zamanda kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə, həmin növ nəqliyyat vasitələrinin icarəsini həyata keçirən operatorların fəaliyyətinə dair tələblər müəyyənləşdirilib, mikromobilliyə dair yol nişanı və nişanlanma xətti qanunvericiliyə daxil edilib.

Brifinqdə məlumat verilib ki, parklanma sahəsində dövlət qurumları üçün xidməti parklanma yerinin hüquqi əsasları müəyyən edilib, parklanmanın idarə edilməsinin mexanizmi təkmilləşdirilib. Mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilməsi ilə bağlı yeni normalar müəyyən edilib. İnsanların sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, sürücü məsuliyyətinin artırılması, həmçinin daha effektiv nəzarət mexanizminin qurulması məqsədilə yeni cərimələr müəyyən olunub, bəzi mövcud cərimə məbləğləri artırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!