09 Sentyabr 2022 13:22
520
SİYASƏT
A- A+
Prezident Administrasiyasında Azad Vətən Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında Azad Vətən Partiyasının sədri ilə görüş keçirilib

 

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiyanın dövlət qeydiyyatına alınması münasibətilə böyük siyasi və ictimai fəaliyyət təcrübəsinə malik Akif Nağını təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı vurğunlanıb ki, son dövrdə legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yaradılmış şərait bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik kursunun təzahürüdür. Siyasi partiyaların artan fəallığı və nüfuzu ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan köklü siyasi islahatların nəticəsidir. Administrasiya rəsmisi tərəfindən xüsusi vurğulayıb ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən göstərilən dəstək, eyni zamanda, ölkədə dialoq mühitinin inkişafı siyasətinin davamı kimi qəbul olunmalıdır.

Siyasi münasibətlər müstəvisində demokratik və sağlam əməkdaşlığın qurulması nəticəsində son iki ildə Azad Vətən Partiyası da daxil olmaqla, 11 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi digər demokratik təşəbbüsləri nəticəsində siyasi partiyalar ölkənin siyasi sisteminin nüfuzlu təsisatına çevriliblər.

Qeyd edilib ki, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası prosesində siyasi partiyalar qabaqcıl mövqedən çıxış etməlidirlər. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar öz beynəlxalq əlaqələrindən geniş istifadə etməlidir.

Görüş zamanı ölkəmizdə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna rolunu qeyd edən Ədalət Vəliyev xatırladıb ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olması, bununla bağlı birgə bəyanat və müraciətlərin imzalanması iqtidar-müxalifət dialoqunun və ümummilli birliyinin təcəssümü idi.

Radikal siyasi meylilərin dövlətçiliyə və milli maraqlara təhdid kimi qiymətləndirilməsinin vacibliyini qeyd edən Administrasiyanın şöbə müdiri bildirib ki, sağlam və konstruktiv siyasi partiyalar daim dağıdıcı tendensiyalara qarşı çıxış etməli və antimilli təzahürləri sərt tənqid etməlidir.

Azad Vətən Partiyasının sədri Akif Nağı görüş üçün təşəkkürünü bildirib və ölkədə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyini diqqətə çatdıran partiya sədri siyasi fəaliyyətində dövlətin təməl prinsiplərini əsas tutacağını söyləyib. Yeni yaradılmış partiyanın sədri A.Nağı, həmçinin diqqətə çatdırıb ki, ümummilli konsensus və cəmiyyətin inkişafı naminə ölkədə sağlam siyasi mühitin qorunması rəhbərlik etdiyi partiyanın mütləq prioritetlərindən olacaq.

Xatırladaq ki, Azad Vətən Partiyasına dövlət qeydiyyatı haqqında şəhadətnamə bu il sentyabrın 6-da təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

Almaniya “Volkswagen”in zavodları bağlamaq planının qarşısını almaq istəyir

19:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub

19:32
01 İyul

Avropada təbii qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb

19:31
01 İyul

Aİ və Çin ticarət əlaqələrini tənzimləmək üçün yeni addım atdı  

19:23
01 İyul

“Tesla” elektromobili sınaq mərhələsindədir

19:21
01 İyul

AZAL Atırau və Aktöbəyə birbaşa müntəzəm reyslərə başlayır

19:18
01 İyul

Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına tamhüquqlu üzv oldu

19:14
01 İyul

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

18:53
01 İyul

ADY Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib

18:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

18:31
01 İyul

Dövlət siyasətinin önəmli istiqaməti: Rəqəmsallaşma dövlət xidmətlərinin keyfiyyətini artırır 

18:27
01 İyul

Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

18:23
01 İyul

Nazir: Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

18:13
01 İyul

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

17:55
01 İyul

Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb

17:51
01 İyul

İyunda Mərkəzi Bank valyuta bazarında 394 milyon dollar məbləğində alışyönlü əməliyyat aparıb  

17:46
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!