01 İyul 2026 19:18
151
İQTİSADİYYAT
A- A+
AZAL Atırau və Aktöbəyə birbaşa müntəzəm reyslərə başlayır

AZAL Atırau və Aktöbəyə birbaşa müntəzəm reyslərə başlayır


Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və sərnişinlərin səyahət imkanlarının artırılması məqsədi daşıyır.

AZAL-ın yaydığı məlumata görə, Bakı–Atırau–Bakı marşrutu üzrə ilk reys 16 avqust 2026-cı il tarixində həyata keçiriləcək. Bu istiqamətdə uçuşlar həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Bakı–Aktöbə–Bakı marşrutu üzrə ilk uçuş isə 16 sentyabr 2026-cı il tarixində baş tutacaq. Bu reyslər həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri icra olunacaq.

Bildirilib ki, yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzləri ilə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri asanlaşdıracaq, eyni zamanda turizm və humanitar əlaqələrin inkişafına töhfə verəcək.

Qeyd edək ki, yeni istiqamətlər üzrə aviabiletlər artıq satışdadır və onları AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi, kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

Almaniya “Volkswagen”in zavodları bağlamaq planının qarşısını almaq istəyir

19:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub

19:32
01 İyul

Avropada təbii qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb

19:31
01 İyul

Aİ və Çin ticarət əlaqələrini tənzimləmək üçün yeni addım atdı  

19:23
01 İyul

“Tesla” elektromobili sınaq mərhələsindədir

19:21
01 İyul

AZAL Atırau və Aktöbəyə birbaşa müntəzəm reyslərə başlayır

19:18
01 İyul

Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına tamhüquqlu üzv oldu

19:14
01 İyul

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

18:53
01 İyul

ADY Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib

18:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

18:31
01 İyul

Dövlət siyasətinin önəmli istiqaməti: Rəqəmsallaşma dövlət xidmətlərinin keyfiyyətini artırır 

18:27
01 İyul

Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

18:23
01 İyul

Nazir: Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

18:13
01 İyul

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

17:55
01 İyul

Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb

17:51
01 İyul

İyunda Mərkəzi Bank valyuta bazarında 394 milyon dollar məbləğində alışyönlü əməliyyat aparıb  

17:46
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!