01 İyul 2026 17:55
207
CƏMİYYƏT
A- A+
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  


Türkiyənin Milli Müdafiə Universitetinin rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə qardaş ölkənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarının rəhbər və professor-müəllim heyəti, eləcə də həmin təhsil müəssisələrində keçirilən "Qərargahın idarəolunması kursu"nun dinləyiciləri ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin hərbi təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi hərbi qulluqçuların peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Burhan Aktaş qarşılıqlı etimad və dostluğa söykənən münasibətlərin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin vacibliyini qeyd edib.

Görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub.

Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

Almaniya “Volkswagen”in zavodları bağlamaq planının qarşısını almaq istəyir

19:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub

19:32
01 İyul

Avropada təbii qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb

19:31
01 İyul

Aİ və Çin ticarət əlaqələrini tənzimləmək üçün yeni addım atdı  

19:23
01 İyul

“Tesla” elektromobili sınaq mərhələsindədir

19:21
01 İyul

AZAL Atırau və Aktöbəyə birbaşa müntəzəm reyslərə başlayır

19:18
01 İyul

Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına tamhüquqlu üzv oldu

19:14
01 İyul

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

18:53
01 İyul

ADY Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib

18:43
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

18:31
01 İyul

Dövlət siyasətinin önəmli istiqaməti: Rəqəmsallaşma dövlət xidmətlərinin keyfiyyətini artırır 

18:27
01 İyul

Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

18:23
01 İyul

Nazir: Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

18:13
01 İyul

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

17:55
01 İyul

Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb

17:51
01 İyul

İyunda Mərkəzi Bank valyuta bazarında 394 milyon dollar məbləğində alışyönlü əməliyyat aparıb  

17:46
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!