10 İyun 2026 08:50
250
İQTİSADİYYAT
A- A+
Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq


Neftçala Peşə Məktəbi PHŞ-də gənclərin məşğulluğunun artırılması, peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin möhkəmləndirilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə peşə yarmarkası keçirilib.

Rayon icra hakimiyyəti, Şirvan-Salyan Regional Məşğulluq filialının Neftçala rayon xidmət şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Neftçala-Salyan KOB İnkişaf Mərkəzi, "IODICO" MMC, "Neftechala Operating Company LTD", Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, "Azerbaijan Fish Farm", "Xıllı Balıq" MMC, Neftçala Sənaye Məhəlləsi və rezidentləri, "Azərişıq" ASC, "Azəriqaz" İB, "Aztelekom" MMC, Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi və digər dövlət qurumları, müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbir çərçivəsində qonaqlar məktəbin tədris infrastrukturu, müasir emalatxana və laboratoriyaları, tələbələrin hazırladıqları əl işləri və praktik fəaliyyət nümunələri ilə yaxından tanış olublar. Həmçinin təşkil olunan infotur zamanı iştirakçılara peşə təhsilinin üstünlükləri, dual təhsil modeli, istehsalat təcrübələrinin əhəmiyyəti və əmək bazarına inteqrasiya imkanları barədə ətraflı məlumat təqdim edilib.

Yarmarkada 50-dən çox işəgötürən müəssisə və təşkilatın nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində 294 məzun işəgötürənlərə təqdim olunub. Keçirilən görüşlər və ilkin müsahibələr nəticəsində 154 məzunun işlə təmin olunması istiqamətində razılıq əldə edilib, 32 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.

Peşə təhsilinin imkanlarının nümayiş etdirilməsi, işəgötürənlərlə məzunlar arasında birbaşa əlaqələrin qurulması və gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyan bu cür təşəbbüslər regionda məşğulluğun artırılmasına və insan kapitalının inkişafına mühüm töhfə verir. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!