13 İyun 2026 14:56
641
SİYASƏT
A- A+
Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm və taleyüklü mərhələlərini əhatə edir. Bu fəaliyyətə nəzər saldıqda aydın görünür ki, ölkəmizin bugünkü inkişafının, müstəqilliyinin möhkəmlənməsinin və beynəlxalq nüfuzunun təməlində məhz onun müəyyən etdiyi strateji siyasi kurs dayanır.

1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa müddət ərzində respublikanın iqtisadi, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük dönüş yaratdı. 1970-1980-ci illərdə Azərbaycan keçmiş ittifaq məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Yeni sənaye müəssisələri yaradıldı, minlərlə gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradıldı, milli kadr potensialı formalaşdırıldı. Bu dövrdə atılan addımlar gələcək müstəqil dövlət quruculuğu üçün möhkəm zəmin yaratdı.

Müstəqilliyin ilk illərində isə Azərbaycan son dərəcə ağır sınaqlarla üz-üzə qaldı. Ölkədə siyasi qarşıdurmalar, idarəetmə böhranı, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi hökm sürürdü. Xarici və daxili təhdidlər dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yol verdiyi ciddi səhvlər, dövlət idarəçiliyində peşəkarlığın olmaması, orduda və dövlət institutlarında yaranan xaos ölkəni faktiki olaraq parçalanma həddinə gətirib çıxarmışdı. Bunun nəticəsində torpaqlarımız işğal olunur, ölkədə sabitlik pozulur, vətəndaşların gələcəyə inamı zəifləyirdi.

15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa nail oldu. Dövlətçiliyin əsasları möhkəmləndirildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu prosesi başlandı. Məhz həmin illərdə müəyyən edilmiş inkişaf strategiyası Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi. Təsadüfi deyil ki, 15 İyun tarixi xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur. Çünki həmin gün Azərbaycan dövlətçiliyinin taleyində həlledici dönüş nöqtəsi oldu. Ölkənin parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi, sabitlik və inkişaf üçün möhkəm zəmin yaratdı. Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin inkişaf mərhələsinin başlanğıcı, xalqın öz gələcəyini qorumaq iradəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümü kimi tariximizdə xüsusi yer tutur.

Bu siyasi kurs sonrakı illərdə möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi gücünün artırılması, müasir ordunun qurulması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkəmiz öz tarixinin ən mühüm nailiyyətlərindən birinə imza atdı.

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ərazi bütövlüyümüzün və sonrakı mərhələdə suverenliyimizin tam bərpası Azərbaycanın güclü dövlət siyasətinin nəticəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etdi. Bu qələbə eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, milli maraqlara söykənən siyasətin və güclü Azərbaycan ideyasının təntənəsi kimi tarixə yazıldı.

Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Ölkəmiz müstəqil siyasət yürüdür, milli maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Əldə olunan bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu dayanır.

Məhz buna görə də bugünkü müstəqil, suveren və qüdrətli Azərbaycan Heydər Əliyev siyasi irsinin, dövlətçilik məktəbinin və uzaqgörən siyasətinin ən parlaq təcəssümüdür.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldirlər 

17:47
28 İyul

Türk ekspert: Orta Dəhliz və Zəngəzur dəhlizi Asiya-Sakit okean ölkələri üçün Hörmüz boğazına alternativ ola bilər

17:40
28 İyul

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

17:33
28 İyul

Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib

17:31
28 İyul

Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

17:26
28 İyul

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

17:21
28 İyul

Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib

17:19
28 İyul

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

17:12
28 İyul

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

15:09
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  

15:05
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:04
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:02
28 İyul

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

14:52
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!