28 İyul 2026 13:40
125
SİYASƏT
A- A+
Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir


Hazırda baş verən iki qlobal xarakterli müharibə dünya iqtisadiyyatını böhranlı vəziyyətə salaraq istehlak mallarının qiymətlərini artırmaqla yanaşı, inflyasiyaya səbəb olur. Həm Rusiya ilə Ukrayna, həm də İran ilə ABŞ arasında baş verən silahlı toqquşmalar dünya enerji bazarına birbaşa mənfi təsir göstərir. İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan enerji resurslarının qiymətlərinin artması isə zəncirvari reaksiya kimi bütün məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxarır ki, bu da yanacağı idxal edən ölkələr üçün daha böyük çətinliklər yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər rəsmi Bakının həyata keçirdiyi enerji siyasətinin nə qədər dəqiq və uzaqgörən olduğunu deməyə əsas verir. Dünyada Azərbaycandan da çox neft və qaz ehtiyatlarına malik olan ölkələr var. Lakin bu ölkələri ayrı-ayrılıqda nəzərdən keçirsək görərik ki, onlar praqmatik siyasi xətt yürüdə bilməyib, təbii ehtiyatlar yalnız şəxsi varlanmaq üçün və daxili siyasətdə alət olaraq istifadə edilib. Təbii ehtiyatlar heç bir strategiya olmadan xammal kimi xaricə satılıb və əldə edilən gəlirlər milli iqtisadiyyatı deyil, siyasi qrupların hakimiyyət uğrunda mübarizəsinə sərf olunub: “Lakin Azərbaycanda əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ölkəmizin inkişafına xidmət edir. Prezident İlham Əliyev müasir dövrün trendini diqqətlə izləyərək təbii qazın ixracını həm iqtisadi, həm də siyasi dividentlər qazanmaq üçün istifadə edir”.

Deputat deyib: “İlk növbədə ölkədə geniş infrastruktur yaradılıb ki, bu da iqtisadiyyatın digər sahələrinin də inkişafına stimul verir. Məhz neft gəlirləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və bir sıra başqa beynəlxalq ticarətdə əhəmiyyətli rol oynayan layihələr həyata keçirilib. Bu layihələr Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaranmasına və Avropa ilə Çin arasındakı ticarət əlaqələrinin inkişafında ölkəmizin mühüm logistika mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Mütəxəssislərin hesablamasına görə, 2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımanın həcmi 11 milyon tona çatacaq. Konteyner tranzitinin həcmi isə 130 min TEU-yə qədər arta bilər. Bu qədər yükün daşınması üçün Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin aktuallığı daha da artacaq. Yüklər Avropadan Türkiyəyə və Zəngəzur dəhlizi ilə Mərkəzi Asiya və Çinə çatdırılacaq. Orta Dəhlizin dünya siyasətində və Avrasiyada artan önəmi, keçdiyi marşrutun təhlükəsizliyi, qısalığı və ucuzluğu, eləcə də hansı dövlətlərə aid olması baxımından əhəmiyyətlidir. Məsələyə bu aspektdən yanaşdıqda Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasının təsadüfi xarakter daşımadığını görərik”.

Sadiq Qurbanov qeyd edib ki, Birgə Bəyannamədə enerji ilə yanaşı, nəqliyyat, tranzit, investisiya, kənd təsərrüfatı və başqa sahələrdə də strateji xarakter daşıyan əməkdaşlıq nəzərdə tutulub: “Bu da qeyd etdiyimiz kimi ölkəmizə iqtisadi dividentlə yanaşı, həm də siyasi dəstək qazandırır. Bu siyasi dəstək ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Avropa institutları tərəfindən qarant altına alınır. Çünki başda Almaniya olmaqla, Avropa iqtisadi maraqlarını siyasi ambisiyalara qurban verərək Azərbaycana qarşı hər hansı bir təhdidin reallaşmasına imkan verməz. Bu, Prezident İlham Əliyevin Azərbaycana beynəlxalq aləmdə qazandırdığı ən böyük uğurdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

13:06
28 İyul

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

Azərbaycan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb

11:33
28 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:32
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!