28 İyul 2026 13:33
1014
DÜNYA
A- A+
Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir


Fransada 116 mindən çox hektar ərazinin yanması fonunda solçu “Əyilməz Fransa” (“La France Insoumise LFI) partiyasının deputatı Hadryən Klue hökuməti “dövlət qalmaqalı”nda ittiham edib və meşə yanğınları ilə mübarizə üçün Milli Assambleyanın fövqəladə sessiyasının çağırılmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, deputatın sözlərinə görə, hökumət mülki müdafiə xidmətinin imkanlarını zəiflədib və hökumət sözçüsü təhlükəsizlik qüvvələrinin real imkanları barədə ictimaiyyəti yanlış məlumatlandırır. O hesab edir ki, vəziyyət əlavə maliyyə vəsaitinin ayrılması üçün düzəliş edilmiş dövlət büdcəsinin təcili qəbulunu zəruri edir.

Hadryən Klue bildirib ki, parlament mümkün qədər tez toplanmalı, yanğınsöndürənlərlə təcrübə mübadiləsi aparılmalı, onlar zəruri texnika, o cümlədən yerüstü və hava vasitələri ilə təmin edilməlidirlər. O, yaxın günlərdə A400M hərbi nəqliyyat təyyarələri üçün suatma sistemlərinin sifariş edilməsini də təklif edib.

LFI deputatı hökuməti “Canadair” yanğınsöndürən təyyarələrinin sifarişindən imtina etməkdə və gələn il üçün “Super Puma” helikopterlərinin alınmasını planlaşdırmamaqda da tənqid edib. Onun sözlərinə görə, yanğınsöndürənlərin istifadə etdiyi bəzi qoruyucu başlıqlar onları təhlükəli maddələrdən kifayət qədər müdafiə etmir. Klue əlavə edib ki, yanğınlarla mübarizənin maliyyələşdirilməsi xərc deyil, gələcəyə sərmayədir. O, bu məqsədlə sərvət vergisindən (ISF) əldə olunan gəlirlərin bir hissəsinin ayrılmasını təklif edərək bildirib ki, bu verginin cəmi dörd günlük gəliri 2 “Canadair” təyyarəsinin alınmasına kifayət edə bilər.

Fransanın daxili işlər naziri isə daha əvvəl cari yanğınları ölkə üçün “misli görünməmiş və fövqəladə” adlandırıb, ilin əvvəlindən 13 min 500-dən çox yanğın ocağının qeydə alındığını açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

11:18
27 Oktyabr

Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir

11:07
27 Oktyabr

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər

11:06
27 Oktyabr

BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür

11:00
27 Oktyabr

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!