28 İyul 2026 13:47
129
İQTİSADİYYAT
A- A+
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarında mövcud olan təsərrüfatlara mediatur təşkil edilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfər zamanı bu bölgədəki meyvə və fındıq bağlarına, həmçinin aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

Mediatur zamanı AKİA-nın fəaliyyət istiqamətləri, kənd təsərrüfatı istehsalçılarına təqdim olunan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, agentlik tərəfindən əkin, məhsul, toxum, barama və heyvandarlıq subsidiyaları, həmçinin kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir suvarma sistemlərinin, soyuducu anbar komplekslərinin və damazlıq heyvanların güzəştli şərtlərlə əldə olunmasına dövlət dəstəyi göstərilir.

Qonaqlara bu dəstək mexanizmlərindən faydalanan nümunəvi təsərrüfatlarda yaradılmış infrastruktur, həyata keçirilən layihələrin səmərəliliyi, əldə olunan nəticələr, eləcə də aqrar sektorun dayanıqlı inkişafına xidmət edən perspektiv layihələr barədə ətraflı məlumat təqdim olunub.

Mediatur iştirakçıları əvvəlcə Quba rayonunun II Nügədi kəndində yerləşən "Kənd İnn" Aqroturizm Mərkəzi ilə tanış olublar. Mərkəzin direktoru Vüsal Şərifli təsərrüfatın fəaliyyəti, həyata keçirilən aqroturizm layihələri və kənd təsərrüfatı istehsalının inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzdə salınmış intensiv alma bağlarının yaradılmasında dövlət dəstəyi mühüm rol oynayıb. Qeyd edilib ki, təsərrüfatda meyvəçiliklə yanaşı, atçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq və tərəvəzçilik istiqamətləri üzrə də fəaliyyət göstərilir. Vurğulanıb ki, aqroturizm və kənd təsərrüfatı istehsalının inteqrasiyası bölgədə məşğulluğun artırılmasına, yerli istehsalın inkişafına və kənd turizminin genişlənməsinə töhfə verir.

Sonra Qusar rayonunda fəaliyyət göstərən “Aqrovest” MMC ilə tanışlıq olub. Şirkətin baş aqronomu Arif Qədimli bildirib ki, hər il becərilən meyvə bağlarından 9 min tona yaxın məhsul toplanır. Şirkətin şimal bölgəsində ümumilikdə 356 hektar sahədə meyvə bağları var. Bunların 170 hektarı alma, 43 hektarı armud, 67 hektarı gilas, 72 hektarı nektarin və şaftalı bağlarıdır. Yeni bağların salınmasında birdəfəyə məxsus əkin subsidiyasından, həmçinin müasir suvarma sisteminin maliyyələşməsi üçün 40 faizlik güzəştdən də istifadə olunub.

Mediatur iştirakçıları daha sonra soyuducu anbar kompleksi ilə tanış olublar. Kompleksin rəhbəri Nazir Qardaşov müəssisənin fəaliyyəti və məhsulların saxlanması üçün yaradılmış infrastruktur barədə ətraflı məlumat verib. Bildirilib ki, soyuducu anbar kompleksində 5000 ton kənd təsərrüfatı məhsulunun keyfiyyətini qorumaqla saxlanılması üçün müasir şərait yaradılıb. Qeyd olunub ki, anbarda istifadə olunan şoklama və çeşidləmə avadanlıqları dövlətin 40 faiz güzəşt mexanizmi çərçivəsində əldə edilib. Vurğulanıb ki, bu dəstək istehsal və saxlanma prosesinin səmərəliliyinin artırılmasına, məhsul itkilərinin azaldılmasına və fermerlərin bazara daha keyfiyyətli məhsul çıxarmasına imkan yaradır.

Daha sonra media nümayəndələri şimal bölgəsində 600 hektardan çox fındıq bağı olan “Agrarco” MMC-nin təsərrüfatları ilə tanış olublar. Şirkətin baş aqronomu Şəmistan Novruzlu jurnalistlərə bildirib ki, müasir üsulla becərilən bu bağlarda fındığın yerli ata-baba və İtaliyadan gətirilən sortları becərilir. Qeyd olunub ki, təsərrüfatdakı yeni fındıq bağlarının salınması zamanı birdəfəyə məxsus əkin subsidiyasından və suvarma sistemi üçün dövlət güzəştindən də yararlanıblar.

Səfərin sonunda mediatur iştirakçıları Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən ölkədə yaradılmış ilk aqroparka baş çəkiblər. "Yalama Aqropark" MMC-nin istehsal rəhbəri Eldar Kərəmov bildirib ki, hazırda müəssisədə 2500 baş “Simmental” cins heyvan var. Müəssisədə illik ət istehsalı 110 ton, süd istehsalı isə 10 min ton təşkil edir. Eldar Kərəmov əlavə edib ki, dövlət dəstəyi təsərrüfatın inkişafında mühüm rol oynayıb: “Heyvanların alınmasına görə 60 faiz, ferma avadanlıqları, pivot suvarma sistemləri və digər texniki vasitələr üzrə isə 40 faizlik güzəştlərdən yararlanmışıq. Bu dəstək iri təsərrüfatların fəaliyyətini genişləndirməsinə, istehsal gücünü artırmasına və yeni investisiyalar həyata keçirməsinə ciddi stimul verir”.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmlərindən istifadənin asanlaşdırılması və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Agentlik, eyni zamanda, fermerlərin rifahının yüksəldilməsi, onların bilik və bacarıqlarının artırılması, maarifləndirilməsi, eləcə də müasir aqrar yanaşmaların tətbiqinin təşviqi məqsədilə müxtəlif layihələr həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

Səidə Ömər: Zəfər xəbərini Türkiyə efirində ilk təqdim edənlərdən olmaq böyük qürur idi

13:06
28 İyul

Geosiyasi qeyri-müəyyənlik neft-qaz qiymətlərinə təsirsiz ötüşmür  

12:59
28 İyul

Antonio Quterreş Kiprin türk və yunan dövlətlərinin liderləri ilə danışıqlar aparacaq

12:52
28 İyul

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

12:45
28 İyul

Tovuzlu fermerlər yeni dövlət proqramını əlavə stimul kimi qəbul edirlər

12:20
28 İyul

XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır

12:05
28 İyul

Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ olub

12:00
28 İyul

İnformasiya Texnologiyaları İnstitutu və Hesablama Palatası birgə layihələr reallaşdıracaq

11:54
28 İyul

Bu ilin altı ayında 867 milyon manatdan çox sığorta haqqı yığılıb

11:53
28 İyul

Orta Dəhliz Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir

11:51
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!