04 Oktyabr 2025 09:30
591
SİYASƏT
A- A+
Paşinyan müxalifəti kənarlaşdırır

Paşinyan müxalifəti kənarlaşdırır


Ermənistanda konstitusiya dəyişiklikləri üzrə Şura seçki sistemi ilə bağlı qərarlar qəbul edəcək


Ermənistanda müxalifət planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Müxalifətçilər keçiriləcək etirazlara səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. 

Keçmiş hərbi xunta isə yaranmış vəziyyətdən istifadə edərək Qarabağdan köçən ermənilər vasitəsilə ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Elə siyasi proseslərdə də onlardan yararlanaraq fərqli atmosfer yaratmağı düşünürlər.

Artıq Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edir və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görür. Lakin müxalifət bu prosesi pozmağa cəhd göstərir. 

Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirib ki, ölkədə parlament müxalifəti mövcud deyil. Sadəcə, parlamentin növbəti çağırışında özlərinə yer tapmaq üçün digər siyasi qüvvələrin sıralarında yer axtaran müəyyən şəxslər var. Onları heç kim dinləmir, küçədə isə yeddi nəfəri belə toplaya bilməzlər.

 "Hraparak" nəşri "Tarixi" qərar elan olunacaq" başlıqlı məqaləsində yazıb ki, konstitusiya dəyişiklikləri üzrə Şura ötəngünkü iclasında seçki sisteminin ən çox tənqid olunan müddəasından imtina etməyə qərar verib: "Əgər parlament seçkilərinin birinci turunda sabit çoxluq formalaşmırsa, siyasi qüvvələr də koalisiya yaratmaq barədə razılığa gəlmirlərsə, ikinci tur keçirilir və orada ən çox səs toplamış iki qüvvə iştirak edir".

Nəşrə görə, Şuranın bu qərarı ötən gün müxalifətçi siyasətçilərin iştirakı olmadan qəbul olunub: "Gözlənilir ki, tezliklə hakimiyyət və onların tərəfdarları bu müddəadan imtinanı gurultulu şəkildə "tarixi qərar" kimi təqdim edəcəklər, çünki onun mahiyyəti məcburi qaydada sabit çoxluq formalaşdırmaq idi. İndi bu müddəa ləğv olunur, amma onun nə ilə əvəzlənəcəyi aydın deyil".

Qeyd edilib ki, dəyişikliklərin konsepsiyasında hökumətin formalaşmaması ilə bağlı 3 variant nəzərdə tutulur: "Birinci variant - Ermənistan prezidentinə səlahiyyət verilir ki, "azlıq hökuməti" formalaşdırsın, parlamenti buraxsın və ən çox deputat qrupu olan fraksiyaya baş nazir təklif etmək imkanı versin. Təbii ki, Paşinyan reytinqə malik olmasa da, inzibati resurs hesabına önə çıxacaq. İkinci variant - İrəvan meri seçkilərinin modeli tətbiq olunur: ən çox səs toplayan qüvvənin nümayəndəsi baş nazir olur, bu halda da azlıq hökuməti yaranacaq. Qismən hakimiyyətə sərf etməyən üçüncü variant isə azlıq hökumətini istisna edir. Bu halda parlament hüquqi qüvvə ilə o vaxta qədər buraxılacaq ki, hər hansı qüvvə çoxluq əldə etsin və ya koalisiya yaratsın. Bu da təhlükəlidir. Çünki kollektiv məsuliyyətsizlik vəziyyəti yaranacaq. Bununla belə, hətta yeni konstitusiya layihəsi bu şəkildə qəbul edilsə də, qarşıdakı 2026-cı il seçkilərinə bu dəyişikliklər şamil olunmayacaq".

Hər halda baş verənlər Ermənistanı qarşıdakı dövrdə mürəkkəb proseslər gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub  

19:28
21 Aprel

Roma Papası: Bəşəriyyətin gələcəyi təhlükə altındadır

19:18
21 Aprel

İrlandiya parlamentariləri Azərbaycanın demokratik inkişafı barədə məlumatlandırılıb  

19:12
21 Aprel

Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib

18:58
21 Aprel

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Gürcüstanın yeni daxili işlər naziri təyin edilib

18:41
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!