01 May 2026 08:15
157
SİYASƏT
A- A+
Liderlik nümunəsi

Liderlik nümunəsi


Zaman sürətlə keçsə də, nəsillər dəyişsə də doğum gününü böyük coşqu, sevgi və dərin qədirbilənlik hissi ilə yad etdiyimiz Heydər Əliyevə olan ümumxalq məhəbbəti heç vaxt tükənməyəcək. Xalqımız yaşadıqca onun adı və əziz xatirəsi qəlblərimizdə əbədi yaşayacaq. Əgər xalqın içindən bir dahi çıxırsa, deməli, o xalqın yüksəlişə çatmaq potensialı var. Belə şəxsiyyətlər yalnız özləri üçün yaşamırlar, onların əsas məqsədi xalqa xidmət etmək olur və onlar başladığı heç bir işi yarımçıq qoymurlar. Tarix sübut edib ki, dönüş nöqtələri çox vaxt dahilərin adı ilə bağlı olur və onların hadisələrin mərkəzində olması milli xoşbəxtliyə gətirib çıxarır. Xalqımızın böyük oğlu Heydər Əliyev də belə şəxsiyyətlərdən idi və onun fəaliyyəti Azərbaycanın inkişafı və dövlətçiliyinin möhkəmlənməsinə xidmət etmişdir.

Ulu Öndərin həyat yolu bütün dünyaya göstərdi ki, liderlik və böyüklük təkcə idarəçilik deyil, daha çox qurmaq və yaratmaq bacarığıdır. Dahi azərbaycanlı Heydər Əliyev xalqın tələbi ilə məhz ölkənin ən ağır dövründə hakimiyyətə qayıtdı. Həmin vaxt ölkədə siyasi anarxiya, hərc-mərclik, ziddiyyətli qərarlar və dərin sosial problemlər geniş narazılıq yaratmış, vətəndaş müharibəsi təhlükəsini qaçılmaz həddə çatdırmışdı. Hərbi qruplaşmaların milli maraqlarımıza deyil, ayrı-ayrı qüvvələrə xidmət etməsi nəticəsində torpaqlarımız işğal olunur, ölkə isə iflic vəziyyətinə düşmüşdü. Müstəqilliyin itirilməsi real təhlükəyə çevrildiyi bir zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəyə nəfəs verdi.

İlk növbədə sabitliyi bərpa edən Ümummilli Lider qısa müddətdə atılan qətiyyətli addımlarla müstəqilliyimizin qorunmasına və ölkənin gələcək inkişafı üçün möhkəm təməllərin formalaşmasına şərait yaratdı və Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirdi. İqtisadi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və milli birliyin möhkəmləndirilməsi Ulu Öndərin fəaliyyətinin əsas prioritetlərinə çevrildi. Düzgün strategiya və uzaqgörən qərarlar nəticəsində ölkəmiz qısa müddətdə böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyevin iradəsi ilə ölkəmizdə dövlət quruculuğu prosesinə başlanıldı. Ozamankı iqtidarın uğursuz daxili və xarici siyasət kursu köklü şəkildə dəyişdirilərək müasir və güclü dövlətin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Xarici siyasətdə mehriban qonşuluq prinsiplərinə sadiqlik qorundu, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verildi.

Eyni zamanda ordu quruculuğu prosesi sürətləndirildi, ayrı-ayrı silahlı birləşmələr ləğv edilərək vahid komandanlıq sistemi yaradıldı. Dünya standartlarına uyğun, peşəkar və müasir Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirildi. Xarici və daxili düşmənləri məyus edərək müstəqil Azərbaycanı ayağa qaldıran Ulu Öndər ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul olunmasını təmin etdi. Qurtuluşçu lider kimi xalqın mənafeyinə yönəlmiş mühüm qərarlar qəbul edərək qısa müddətdə ümumxalq sevgisini qazandı və xalqın fenomeninə çevrildi. Eyni zamanda ölkədə dərin iqtisadi tənəzzülün aradan qaldırılması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildi. Demokratik dəyərlərin inkişafı, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm addımlar atıldı. Bunun nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu sürətlə artdı və ölkə etibarlı tərəfdaş kimi tanınmağa başladı. 

Bunun ardınca Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri baş verdi. Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandı. 1994-cü il 20 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi ilə bağlı dünyanın aparıcı 13 neft şirkəti ilə razılaşma əldə olundu. Bu müqavilə bütövlükdə ölkənin gələcək inkişaf kursunun müəyyənləşməsində həlledici rol oynadı. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirdi, ölkəyə iri həcmdə xarici sərmayələrin cəlb olunmasına şərait yaratdı və beynəlxalq iqtisadi sistemdə mövqelərini daha da möhkəmləndirdi. Azərbaycan öz təbii sərvətlərinə sahib çıxmaqla yanaşı, onları milli maraqlara xidmət edən strateji amilə çevirdi və bununla da iqtisadi müstəqilliyini real məzmunla möhkəmləndirdi. Bu reallıq Heydər Əliyevin dövlətçilik kursunun ən mühüm nəticələrindən biri kimi tarixə qovuşdu. Onun rəhbərliyi ilə həyata keçirilən neft strategiyası təkcə iqtisadi gəlir mənbəyi yaratmadı, həm də Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkəni beynəlxalq investisiya mühitində etibarlı tərəfdaş kimi tanıtdı. Bu proses dövlətin uzunmüddətli inkişaf modelinin formalaşmasına zəmin yaratdı. Eyni zamanda bu siyasət nəticəsində Azərbaycanın siyasi dayanıqlığı daha da gücləndi, ölkənin müstəqilliyi iqtisadi əsaslarla möhkəmləndi və dövlət idarəçiliyində sabitlik təmin olundu. Regionların inkişafı, sosial infrastrukturun yenilənməsi və insan kapitalının gücləndirilməsi istiqamətində atılan addımlar ümumi tərəqqiyə təkan verdi. Beləliklə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli inkişaf modelinin əsasını təşkil etdi və ölkənin gələcək strateji istiqamətlərini müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və Vətən qarşısında göstərdiyi tarixi xidmətlər hər birimiz üçün örnək və yol xəritəsidir. Bu yol milli dövlətçiliyimizin formalaşmasında və qorunmasında həlledici mərhələ kimi tarixə düşdü. 20 Yanvar hadisələri zamanı xalqımız ağır sınaqla üz-üzə qaldığı bir dövrdə onun prinsipial mövqeyi və həqiqəti dünya ictimaiyyətinə çatdırması bir daha sübut etdi ki, Heydər Əliyev xalqın səsidir. Həmin faciəli günlərdə Azərbaycanın səsinin eşidilməsi informasiya blokadasının yarılmasında mühüm rol oynadı. O dövrdə Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, xalqımız heç bir ağır faciə yaşamazdı. Bu mənada Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürünü formalaşdıran, sabitlik və inkişafı təmin edən böyük lider kimi müqəddəslik simvoludur.

Ulu Öndərin rəhbərliyi ilə müəyyənləşən siyasi xətt müstəqil Azərbaycanın inkişafı üçün möhkəm təməl olmuşdur. Bu gün də Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın inkişaf strategiyasında mühüm istinad nöqtəsi olaraq qalır və siyasi məktəb kimi gələcək nəsillərə ötürülür. 

Azərbaycan hazırda tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkələr içində ölkəmiz seçilir, adı ehtiramla çəkilir. Azərbaycan Avropanın enerji xəritəsində mühüm rol oynayır. Bakı qlobal problemlərin həll olunduğu sabit məkandır. İşğal altında olan torpaqlarımızda bayrağımız dalğalanır. Bölgənin lider ölkəsi olan Azərbaycanın təşəbbüsləri dünyada qəbul olunur, fikirləri əsas götürülür. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz. Çünki mədəni müxtəlifliyin, tolerantlığın ünvanı olan ölkəmiz çox güclüdür. Bu dövləti, bu ölkəni isə Heydər Əliyev qurdu. Ümummmilli Lider çökmüş, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, vətəndaş müharibəsinin astanasında olan, dağıdılmış bir məmləkət üzərində güclü Azərbaycan quraraq onu öz strategiyası ilə yaşatmağı və inkişaf etdirməyi bizə miras qoydu. Məhz bu üstün keyfiyyətlərinə görə,  Heydər Əliyev xalq qarşısında fövqəlxidmətlər göstərərək əbədiyyət qazanmış bənzərsiz siyasətçidir. Tarixdə heç bir lider Heydər Əliyev qədər xalqı üçun fayda verməyib. Qürurla qeyd edək ki, Heydər Əliyev dünya üçün liderlik nümunəsidir.

Onun xalqı xilas missiyası yalnız qurtuluşçu rəhbər obrazı formalaşdırmaqla kifayətlənmədi, həm də bütövlükdə dünya siyasi tarixi üçün mükəmməl bir lider örnəyi yaratdı. Heydər Əliyev özünəqədərki ənənəvi lider və siyasətçi stereotipini dağıtmaqla yanaşı, tarix var olduqca alternativi olmayan xalq sevgisi və mükəmməl siyasi gedişlərə imza atdı. Bu böyüklüyün adı Heydər Əliyev oldu.


Amin İSMAYILOV,

YAP İdarə Heyətinin üzvü, 

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ürək sağlamlığı hər yaşda qorunmalıdır

09:00
01 May

Beynəlxalq Xalça Festivalı sərgilərlə zəngin olacaq

08:55
01 May

Adı ədəbiyyat tariximizə əbədi həkk olunmuş şair

08:50
01 May

Xalqının fədakar övladı

08:45
01 May

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

08:40
01 May

Dövlətinə və özünə güvən - irəlilə

08:35
01 May

İKT cəmiyyətə nə verir

08:30
01 May

Təbiətin sınağı, dövlətin qayğısı

08:25
01 May

Din adı altında sülh təhdid olunur

08:23
01 May

Sülh müharibədən daha yaxşıdır 

08:20
01 May

Liderlik nümunəsi

08:15
01 May

Heydər Əliyev siyasətinin təntənəsi

08:10
01 May

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu güclənir

08:05
01 May

Azərbaycanın sülh strategiyasının alternativi yoxdur

08:00
01 May

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!