08 Avqust 2024 17:53
108
DÜNYA
A- A+

“Paris-2024”: “Mediapart” Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatedici nəticələri açıqlayıb

 

Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya (JO) və Paralimpiya (JOP) Oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya qoyub. Paris meriyası nəzdində olan “Eau de Paris” laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.

AZƏRTAC xəbər verir ki, bu haqda müstəqil media olan “Mediapart” məlumat yayıb. Bildirilib ki, Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini deyiblər. Ancaq iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib. “Escherichia coli” bakteriyası və bağırsaq enterokoklarının səviyyəsi əksər vaxt dözülən həddən çox yüksək olub. Ümumi ictimai üzgüçülük meyarları tətbiq edilərsə, bu uyğunluq nisbəti hətta on gündə bir günə düşür.

Çayın suyunu artıran və çirkləndiriciləri yayan güclü yay yağışları vəziyyəti daha da pisləşdirib. Bütün triatlon məşqləri təxirə salınmalı olub və idmançılar avqustun 5-də qarışıq estafet zamanı çirkli suda üzdükdən sonra narazılıqlarını bildiriblər.

Yuxarı axında təmizləyici sistem deqradasiya olunmuş vəziyyətdədir. Paytaxtın kanalizasiya sistemlərində sızmalar baş verir. Tullantılar və yağış suyunun saxlanması üçün “Austerlitz” hövzəsinin tikintisi kimi investisiyalara baxmayaraq, Senanın suyu çirkli olaraq qalır və üzmək üçün yararlı deyil. “Mediapart”ın məlumatına görə, suyun keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlıq Paris meriyasının və Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi (Cojop) tərəfindən məhdudlaşdırılıb ki, bu da nəticələrlə bağlı qeyri-şəffaflıq yaradıb.

Bələdiyyə rəsmiləri və Olimpiya Oyunlarının təşkilatçıları, xüsusən Paris meri Ann Hidalqo və istefa verən idman naziri Amélie Oudéa-Kastera layihələrinin uğurunu təsdiqləyən çoxsaylı bəyanatlar səsləndiriblər.

İdmançılar, xüsusilə ispanlar və belçikalılar bu vəziyyəti sərt şəkildə tənqid ediblər. Onlar “B” planının olmamasını və onların sağlamlığından çox Olimpiadanın imicinə üstünlük verilməsini pisləyiblər.

Suyun çirklənməsi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, Olimpiadadan sonra da sağlamlıq riskləri davam edir. Mövcud çətinlikləri nəzərə alaraq, 2025-ci ilin yayında planlaşdırılan ictimai üzgüçülüyün necə idarə ediləcəyi sualı yaranır. Vəziyyət şəhər çimərliyi layihələrinin davamlılığına şübhələr yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video