01 Avqust 2024 18:20
412
CƏMİYYƏT
A- A+
Özbəkistan nümayəndə heyəti Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət barədə məlumatlandırılıb  

Özbəkistan nümayəndə heyəti Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət barədə məlumatlandırılıb  

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin direktorunun birinci müavini Mirzatillo Tillabayev və Özbəkistan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru Murodjon Turqunov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə müvəkkil Azərbaycan ilə Özbəkistanın sıx dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu bildirib, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən məktəbin inşa olunduğunu minnətdarlıq hissi ilə xatırladıb.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən ombudsman beynəlxalq qurumlarla əməkdaşlığa əhəmiyyət verildiyini, beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əlaqələrin mövcud olduğunu qeyd edib.

Bildirilib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər sayəsində əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatı genişlənib.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıran S.Əliyeva tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin getdiyini, həmçinin ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun keçiriləcəyini söyləyib.

Ombudsman, eyni zamanda, Milli Preventiv Mexanizmin fəaliyyətindən bəhs edib, şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə başçəkmələrin həyata keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər və gələcək əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir

08:25
09 Fevral

Paşinyanın manipulyasiya cəhdləri

08:20
09 Fevral

Ermənistan hakimiyyəti narahatdır

08:15
09 Fevral

Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu

08:10
09 Fevral

"Yaşıl məqsəd"ə doğru

08:05
09 Fevral

"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

08:00
09 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:46
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:45
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:44
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Fevral

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır  

22:24
08 Fevral

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm  

22:23
08 Fevral

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

22:21
08 Fevral

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq  

21:30
08 Fevral

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır  

19:53
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!