24 Noyabr 2025 16:38
12776
Turizm
A- A+
Ölkəmizdə turizm özünün intibah dövrünü yaşayır  

Ölkəmizdə turizm özünün intibah dövrünü yaşayır  

Hazırda Azərbaycanda 500-dən yuxarı mehmanxana, 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Ötən il Azərbaycana gələn turistlərin sayı 2,5 milyon civarında olub. Bir sözlə, ölkəmizdə turizm özünün intibah dövrünü yaşayır.

Turizmin inkişafı baxımından Çin ölkəmiz üçün ən prioritet vektor kimi görünür. Bu ölkə ilə qarşılıqlı turist axını dinamik şəkildə artır, iki ölkə arasında hava nəqliyyatı uğurla inkişaf edir. O cümlədən Bakı ilə Pekin arasında birbaşa uçuşlar həftədə 3 dəfə AZAL, Bakı – Urumçi reysləri həftədə 5 dəfə “China Southern Airlines” tərəfindən həyata keçirilir. Hazırda Azərbaycan Çinin Sian şəhərinə birbaşa aviareysin açılması imkanını da nəzərdən keçirir. Ötən il Çindən Azərbaycana 44,798 turist gəlib ki, bu da 2023-cü illə müqayisədə iki dəfə çoxdur. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn çinli turistlərin sayı 57 mini keçib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49 faiz artım deməkdir.

Çin hazırda nəinki qitənin, dünyanın ən böyük xarici turizm bazarı sayılır. Azərbaycanın bu seqmentdə payı sürətlə çoxalmaqdadır. Dövlər Turizm Agentliyi rəsmisi mətbuata açıqlamasında bildirmişdir ki, bütün müstəvilərdə əməkdaşlıq edən iki ölkə arasında turizm mübadiləsi yeni turizm paketləri və proqramları sayəsində durmadan artır. Burada xatırlatmaq yerinə düşər ki, təkcə son iki ildə turizm məhsullarının təşviqi və Çin ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində irimiqyaslı tədbirlər keçirilib, o cümlədən “Qyer.com”, “Qunar” və “Trip.com Group” ilə əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Turizm Bürosu COTTM 2023, GITF 2024 və ITB China 2025 sərgilərində, eləcə də Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda ölkəmizin turizm potensialını nümayiş etdirib.

Rəhman Salmanlı,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

21:27
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!