19 Noyabr 2026 12:24
88
Turizm
A- A+
COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub


COP31-də Turizm Tematik Günü tədbirləri çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyinin və BMT Turizmin (UN Tourism) birgə təşkilatçılığı ilə “Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə BMT Turizmin İcraçı direktoru Şicun Liu, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev və Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov çıxış ediblər.

Panel müzakirəsində turizm sektorunda qida tullantılarının ölçülməsi və azaldılması, yerli istehsalçılarla əməkdaşlıq və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi, dayanıqlı ərzaq sistemlərinin təşviqində turizmin rolu üzrə müzakirələr aparılıb.

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, həmçinin Türkiyə pavilyonunda keçirilən “Turizmdə iqlim həlləri: tullantısız yanaşma, elektrikləşmə, dayanıqlılıq və investisiyalar üzrə siyasət və tərəfdaşlıqların inkişafı” adlı yüksək səviyyəli tədbirdə çıxış edib. Çıxışda Azərbaycanın COP29-dan sonrakı iqlim gündəliyi, turizm sektorunda dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Həmçinin Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev “Dayanıqlı qonaqpərvərlik və turizm” mövzusunda keçirilən panel müzakirədə iştirak edərək, Azərbaycanda beynəlxalq dayanıqlılıq standartlarının, o cümlədən “Green Key” sertifikatının və Dünya Səyahət və Turizm Şurasının (WTTC) “Hotel Sustainability Basics” proqramının tətbiqi istiqamətində görülən işlər haqqında məlumat verib. Xınalıq kəndi və Basqal qəsəbəsinin timsalında yerli icmaların fəal iştirakı ilə turizmin inkişafının mədəni irsin qorunmasına, əhalinin rifahının yüksəldilməsinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına verdiyi töhfə diqqətə çatdırılıb.

Türkiyənin Antalya şəhərində keçirilən COP31 qlobal iqlim fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Konfrans çərçivəsində Azərbaycan pavilyonunda innovativ texnoloji həllər vasitəsilə ölkəmizin mədəni və təbii irsi və turizm imkanları da nümayiş etdirilir.

Xatırladaq ki, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində turizm ilk dəfə qlobal iqlim gündəliyinə daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir  

12:31
19 Noyabr

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

12:24
19 Noyabr

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

12:16
19 Noyabr

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

12:08
19 Noyabr

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

12:03
19 Noyabr

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

11:58
19 Noyabr

Bəzi ölkələr tərəfindən iqlim dəyişiklikləri ilə bağlı hesabat gecikdirilir

11:47
19 Noyabr

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:43
19 Noyabr

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir 

11:26
19 Noyabr

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb  

11:07
19 Noyabr

Nazirlər SABAH.city innovasiya şəhərciyində  

11:01
19 Noyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib  

10:52
19 Noyabr

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib  

10:49
19 Noyabr

Alimlər sonuncu homo növünü araşdırırlar – Çində mağarada “Homo erectus”a aid qalıqlar tapılıb  

10:42
19 Noyabr

Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir

10:35
19 Noyabr

Qızılın qiymətində sabitləşmə müşahidə olunur

10:21
19 Noyabr

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında  

10:15
19 Noyabr

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

10:14
19 Noyabr

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında  

10:13
19 Noyabr

Azərbaycan nefti 97 dollara satılır 

10:09
19 Noyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

09:39
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!