19 Noyabr 2026 10:35
109
SİYASƏT
A- A+
Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir

Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir


20 noyabr tariximizə təkcə təqvim günü kimi deyil, erməni vandalizmi üzərində sülhün, quruculuğun və milli iradənin təntənəsi kimi həkk olunub. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə nəticəsində 2020-ci il noyabrın 20-də Ağdam bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Bu şanlı zəfəri əbədiləşdirmək məqsədilə dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr Ağdam Şəhəri Günü təsis edildi.

Milli Məclisin deputatı Kamran Bayramov “Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi və zəngin mədəni irsi ilə hər zaman seçilib. Hələ altı-səkkiz min il əvvəl Eneolit dövründə insanların məskunlaşdığı, Qafqazda ilk şəhər tipli yaşayış məskəni sayılan Üzərliktəpəyə ev sahibliyi edən bu bölgə qədim əkinçilik və sənətkarlıq mədəniyyətinin beşiyi olub. “Qədim türk dilində "kiçik qala" mənasını verən Ağdam XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın ağ daşdan tikdirdiyi günəş şüaları ilə nurlanan imarəti ilə öz adını və şöhrətini tarixə yazıb. 1930-cu ildə rayon statusu alan Ağdam uzun illər bölgənin mühüm inzibati, iqtisadi və mədəni mərkəzi kimi inkişaf edib. 1993-cü il iyulun 23-də 42 gün davam edən ağır döyüşlərdən sonra rayon ərazisinin 73 faizi, şəhər mərkəzi və 90 kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Altı mindən çox şəhid verən Ağdamın 128 min sakini doğma yurdundan didərgin düşərək ölkənin 59 rayonunda məskunlaşmağa məcbur olub”, – deyə o bildirib.

 BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə və beynəlxalq hüquqa məhəl qoymayan işğalçıların 27 il ərzində Ağdamı yerlə yeksan etdiyini xatırladan K.Bayramov qeyd edib ki, şəhərdəki 74 məktəb, 271 mədəniyyət evi, dünyada yeganə olan Çörək muzeyi, tarixi və dini abidələrimiz talan edilərək dağıdılıb. Məhz bu misli görünməmiş dağıntılara görə Ağdam dünyada "Qafqazın Xirosiması" adlandırıldı. Tarixi qələbədən dərhal sonra dövlət başçısının "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik" vədi genişmiqyaslı tikinti-quruculuq işləri ilə reallığa çevrilməyə başladı. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə azad edilmiş ərazilər arasında ilk olaraq məhz "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqləndi. Bu plana uyğun olaraq, Ağdam gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı, azad edilmiş bölgələrin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhəri kimi qurulur.

Deputat diqqətə çatdırıb ki, artıq Böyük Qayıdış proqramının real nəticələri göz önündədir: “Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq. Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər artacaq və 21 min nəfərə çatacaq. Bu, Ağdam şəhərinin tikilməkdə olan dördüncü və beşinci yaşayış komplekslərinin açılışı və ora əhalinin köçürülməsi, eyni zamanda, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin də tikintisinin yekunlaşması hesabına baş verəcək. Bu proses gələn il də davam edəcək. Gələn il artıq ikinci dövlət proqramı fəaliyyətə başlayacaq, 2027-2030-cu illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində də əlavə 30-40 min insanın qrafikə uyğun şəkildə Ağdam rayonuna köçü planlaşdırılır”.

Qayıdan sakinlərin məşğulluğu və bölgənin iqtisadi dirçəlişi üçün güclü istehsal və nəqliyyat infrastrukturunun yaradıldığını deyən K.Bayramov əlavə edib ki, 190 hektar ərazini əhatə edən və rezident sayına görə ölkədə ikinci böyük sənaye mərkəzi olan Ağdam Sənaye Parkında 260 milyon manatdan çox investisiya portfeli formalaşıb, artıq 9 müəssisə fəaliyyətə başlayıb və 964 nəfər daimi işlə təmin edilib. Eyni zamanda, 2025-ci ilin mayında istifadəyə verilən və ölkədə ilk 350 metrlik qapalı platformaya malik Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi gündəlik iki mindən artıq sərnişinə xidmət göstərməklə bölgəni vahid nəqliyyat qovşağına çevirib.

Deputat vurğulayıb ki, iqtisadi yüksəlişlə yanaşı, Ağdamın qədim mədəni və turizm şöhrəti də özünə qaytarılır: “Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi Cümə və Qiyaslı məscidləri, yenidən qurulan İmarət Kompleksi, 474 yerlik konsert zalı və 615 nəfərlik açıq amfiteatrı olan Ağdam Muğam Mərkəzi şəhərin mənəvi ruhunu canlandırır. "Aghdam City Hotel" və "Hilton Garden Inn Agdam" kimi müasir mehmanxanaların açılışı isə bölgənin turizm potensialını nümayiş etdirir. Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri və istifadəyə verilən yeni obyektlər göstərir ki, vaxtilə xarabalığa çevrilmiş bu qədim diyar bu gün müasir, abad və qüdrətli Azərbaycanın rəmzi kimi yenidən doğulur”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir  

12:31
19 Noyabr

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

12:24
19 Noyabr

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

12:16
19 Noyabr

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

12:08
19 Noyabr

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

12:03
19 Noyabr

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

11:58
19 Noyabr

Bəzi ölkələr tərəfindən iqlim dəyişiklikləri ilə bağlı hesabat gecikdirilir

11:47
19 Noyabr

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:43
19 Noyabr

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir 

11:26
19 Noyabr

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb  

11:07
19 Noyabr

Nazirlər SABAH.city innovasiya şəhərciyində  

11:01
19 Noyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib  

10:52
19 Noyabr

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib  

10:49
19 Noyabr

Alimlər sonuncu homo növünü araşdırırlar – Çində mağarada “Homo erectus”a aid qalıqlar tapılıb  

10:42
19 Noyabr

Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir

10:35
19 Noyabr

Qızılın qiymətində sabitləşmə müşahidə olunur

10:21
19 Noyabr

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında  

10:15
19 Noyabr

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

10:14
19 Noyabr

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında  

10:13
19 Noyabr

Azərbaycan nefti 97 dollara satılır 

10:09
19 Noyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

09:39
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!