19 Noyabr 2026 12:16
127
CƏMİYYƏT
A- A+
Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  


Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində iqlim dəyişmələri və insan hüquqları mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvəkkil çıxışında iqlim dəyişmələrinin insan hüquqlarına təsirlərindən, sağlam və təhlükəsiz ətraf mühit hüququnun təmin edilməsində milli insan hüquqları təsisatlarının rolundan bəhs edib.

O, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinin ətraf mühitinə, flora və faunasına vurduğu zərərə, nadir bitki növlərinin məhv edilməsinə, təbii ekosistemlərin dağıdılmasına və geniş ərazilərin minalarla çirkləndirilməsinin ağır nəticələrinə diqqət çəkib. Qeyd edib ki, bu əməllər yalnız ekoloji fəsadlar yaratmayıb, eyni zamanda, insanların həyat və sağlamlığı, təhlükəsizliyi və fundamental hüquqları üçün ciddi təhdidlər formalaşdırıb. Bu halların beynəlxalq hüquq çərçivəsində, o cümlədən ekosid kontekstində hüquqi qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Ombudsman, həmçinin Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının istismarının yaratdığı potensial ekoloji və radioloji təhlükələrlə bağlı narahatlığını ifadə edərək, bu risklərin regionun ətraf mühiti və əhalinin sağlamlığı baxımından ciddi diqqət tələb etdiyini deyib.

S.Əliyeva mina təhlükəsinin bu gün də davam etdiyini xüsusi qeyd edərək, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin hələ də minalarla çirkləndiyini, mina terrorunun insan həyatı üçün real təhlükə olaraq qaldığını bildirib. İkinci Qarabağ müharibəsindən indiyədək 420-dən çox şəxsin mina qurbanına çevrildiyini diqqətə çatdırıb. Minaların keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını qeyd edərək, humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılmasının zəruriliyini vurğulayıb.

Çıxış zamanı COP29 çərçivəsində Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Forumunun nəticələrinə və qəbul edilən Bakı Bəyannaməsinin əhəmiyyətinə də toxunulub. İqlim dəyişmələri və insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Bəyannamənin müddəalarının praktikada həyata keçirilməsi məqsədilə Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü irəli sürülüb.

Səfər çərçivəsində Ombudsman COP31-in keçirildiyi məkanda müxtəlif ölkələrin pavilyonlarını ziyarət edib, onların fəaliyyəti, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən təşəbbüslər və təqdim olunan layihələrlə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir  

12:31
19 Noyabr

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

12:24
19 Noyabr

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

12:16
19 Noyabr

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

12:08
19 Noyabr

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

12:03
19 Noyabr

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

11:58
19 Noyabr

Bəzi ölkələr tərəfindən iqlim dəyişiklikləri ilə bağlı hesabat gecikdirilir

11:47
19 Noyabr

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:43
19 Noyabr

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir 

11:26
19 Noyabr

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb  

11:07
19 Noyabr

Nazirlər SABAH.city innovasiya şəhərciyində  

11:01
19 Noyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib  

10:52
19 Noyabr

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib  

10:49
19 Noyabr

Alimlər sonuncu homo növünü araşdırırlar – Çində mağarada “Homo erectus”a aid qalıqlar tapılıb  

10:42
19 Noyabr

Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir

10:35
19 Noyabr

Qızılın qiymətində sabitləşmə müşahidə olunur

10:21
19 Noyabr

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında  

10:15
19 Noyabr

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

10:14
19 Noyabr

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında  

10:13
19 Noyabr

Azərbaycan nefti 97 dollara satılır 

10:09
19 Noyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

09:39
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!