24 Yanvar 2025 08:30
234
SİYASƏT
A- A+
Nikol Paşinyan KTMT qərarında israrlıdır

Nikol Paşinyan KTMT qərarında israrlıdır


Ermənistan 2025-ci ildə də təşkilata üzvlüyünün dondurulmasını davam etdirəcək


Rusiyanın orbitindən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında duran prioritet məsələdir və nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır. Bu istiqamətdə növbəti addım 2025-ci ildə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  (KTMT) iştirakının dondurulması qərarıdır. Belə qənaətə gəlmək olar ki, Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi yerinə yetirməkdədir. 

Bundan öncəki açıqlamalarında Ermənistan baş naziri bir çox problemlərin yaranmasında Rusiyanı günahkar hesab edərək deyib ki, Moskvanın hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır. 

 "Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik"  - deyən baş nazir konkret olaraq Moskvanı təxribata çəkməyə çalışır və müəyyən jestlərlə Kremli qıcıqlandırmağa cəhd edir.  Deməli, rəsmi İrəvan çox açıq tezislərlə Rusiya ilə əməkdaşlığı mənasız sayır və ya bu birgə fəaliyyətdən birmənalı formada imtina edir. Bütün bunlar Avropa İttifaqının və Qərb institutlarının hazırladığı planauyğun şəkildə həyata keçirilir. Buna görə də, Paşinyan maksimum şəkildə diplomatik qaydada Moskva ilə münasibətlərinə son qoymaq üçün ölkəsinin təhlükəsizlik məsələlərinə diqqət çəkir. 

Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) regiondakı hərbi-siyasi vəziyyətə dair ilk hesabatında deyilir ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün dondurulması prosesinin dayandırılması üçün əsas yoxdur.  "Təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin. Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır" - hesabatda qeyd olunur.

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2026-cı ilin iyununda ölkədə keçiriləcək parlament seçkiləri öncəsi mümkün xarici müdaxilə cəhdləri barədə də xəbərdarlıq edib. Onların məlumatına görə, bəzi ölkələr respublikada sabitliyi pozmaq üçün cəmiyyətin geniş təbəqələrinə təsir göstərməyə çalışacaq. Söhbətin konkret olaraq hansı ölkələrdən getdiyi açıqlanmır.

Erməni sosioloq Artur Paronyan deyib ki,  daxili təzyiq altında növbədənkənar seçkiyə getdikdə, hakimiyyət, bir qayda olaraq, uduzur və ya vəziyyəti daha da pisləşir: "Güman edirəm ki, xarici təzyiq də var. Bu xarici təzyiqin problemi seçkilər deyil, bu anti-Rusiya xəttini davam etdirmək, yəni Aİ-yə üzv olmaq, KTMT-dən çıxmaqdır, amma hakimiyyətin faktiki siyasi legitimliyi yoxdursa, bu, mümkün deyil".

Paronyan bildirib ki, Ermənistan hakimiyyətindən bu addımları atmaq tələb olunur və bunun üçün seçkilərə getməlidirlər. Əgər Paşinyanın partiyası seçkilərdə 25-30 faiz səs alsa, bu, onların Ermənistandan təhlükəsiz qaçmalarının qarantıdır.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, İrəvan bu istiqamətdə yaxın vaxtlarda daha kəskin və maraqlı addımlar ata bilər. Görünən odur ki, Hayastanda anti-Rusiya ritorika və bəyanatları artmaqda davam edəcək.

Bu arada İrəvanda qiymət artımı və vergi artımı ilə əlaqədar vətəndaşlar hökumət binası qarşısında etirazlarını bildiriblər. Etirazçılar bir vaxtlar baş nazir Nikol Paşinyanın  "Bu, xalqın qapısıdır, onu açıb istədikləri kimi içəri girə bilər" dediyini əsas gətirərək insanlar binaya girməyə cəhd ediblər.


Elçin CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!