24 Yanvar 2025 09:06
482
SİYASƏT
A- A+
Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir

Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir

“TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Səhiyyə komitələrinin sədrlərinin iclası çox mühüm əhəmiyyət kəsb edir. Çünki burada ölkələrimizdə aktual olan və bütövlükdə Türk dünyası üçün əhəmiyyətli problemlərin həlli, qanunvericilik aktlarının qəbulu istiqamətində vacib müzakirələr aparılır. Eyni zamanda bu iclas göstərir ki, Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, bu il baş tutan ikinci iclasda COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın sözügedən sahə üzrə uğurları və “yaşıl dünya”da səhiyyə sahəsində görüləcək işlər ön plana çıxarılıb.

İclas iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə

Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və "yaşıl texnologiyaların" tətbiqinin vacibliyi vurğulanıb

 “Azərbaycan Parlamentinin Səhiyyə Komitəsinin rəhbəri, akademik Əhliman Əmiraslanov tərəfindən bu tədbirin artıq Səhiyyə komitələrinin sədrlərinin görüşü yox, bütövlükdə Səhiyyə komitələrinin görüşü formatında keçirilməsi təklif olundu. Bu isə fəaliyyətimizin daha da genişləndirilməsini və bu sahədə olan parlamentarilərin cəlbi ilə fikir mübadiləsini, qanunvericilik istiqamətində əməkdaşlıq və Türk dünyasının müvafiq sahədəki gələcək uğurlarını təşviq edəcək”-deyə Müşfiq Məmmədli bildirib.

"Azərbaycan "

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Butan Milli Assambleyasının sədri: Asiyada çoxtərəfli əməkdaşlıq qlobal sabitlik üçün vacibdir

12:48
19 Fevral

Səbinə Əliyeva: Ombudsmanlar insan hüquqlarının müdafiəsində birgə səylər göstərməlidir

12:45
19 Fevral

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

12:43
19 Fevral

Avropa İttifaqı fövqəladə sammitin keçirilməsini müzakirə edir

12:42
19 Fevral

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb YENİLƏNƏCƏK

12:41
19 Fevral

Birol Akgün: Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur

12:41
19 Fevral

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürüb  

12:37
19 Fevral

Puan Maharani: Növbəti 25 il Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq

12:35
19 Fevral

İcraçı direktor: Liderlərimizin siyasi iradəsi Azərbaycan-Türkiyə media əməkdaşlığını gücləndirir

12:34
19 Fevral

Əhməd İsmayılov: Azərbaycan-Türkiyə media əməkdaşlığı qlobal informasiya məkanına töhfə verir

12:32
19 Fevral

Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib

12:31
19 Fevral

Sahibə Qafarova: Milli Məclis müxtəlif parlament təşkilatlarının işində fəal iştirak edir

12:16
19 Fevral

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib

12:14
19 Fevral

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq

12:12
19 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

12:10
19 Fevral

Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib YENİLƏNİB  

12:08
19 Fevral

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

12:07
19 Fevral

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

12:06
19 Fevral

Sahibə Qafarova: COP29 çərçivəsində mühüm qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz sadiqliyinin zirvəsi olmuşdur

12:02
19 Fevral

AAYDA: Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur 

11:59
19 Fevral

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNƏCƏK

11:56
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!