24 Yanvar 2025 00:35
537
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Mühasibat uçotu haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262, № 7, maddə 826) ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın IV hissəsinin 17-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar" sütunu aşağıdakı redaksiyada verilsin:

"17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 yanvar 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib YENİLƏNİB  

12:08
19 Fevral

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

12:07
19 Fevral

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

12:06
19 Fevral

Sahibə Qafarova: COP29 çərçivəsində mühüm qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz sadiqliyinin zirvəsi olmuşdur

12:02
19 Fevral

AAYDA: Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur 

11:59
19 Fevral

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNƏCƏK

11:56
19 Fevral

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

11:19
19 Fevral

Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur

11:13
19 Fevral

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

10:43
19 Fevral

Ramiz Teymurov: Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik  

10:42
19 Fevral

Pakistanın Bəlucistan əyalətində silahlılar 7 avtobus sərnişinini öldürüb

10:41
19 Fevral

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

10:39
19 Fevral

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

10:38
19 Fevral

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb

10:32
19 Fevral

İqdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

10:21
19 Fevral

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

10:09
19 Fevral

Çempionlar Liqası: "Bavariya" 1/8 finalda, "Milan" və "Atalanta" mübarizəni dayandırıb

09:57
19 Fevral

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

09:37
19 Fevral

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  

09:18
19 Fevral

Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur

09:15
19 Fevral

Sağlam dişlərin sirri

09:10
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!