23 Yanvar 2025 21:28
552
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib


Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfrans təşkil olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yekunlarına həsr olunan videokonfransda xaricdəki Azərbaycan evlərinin, Koordinasiya şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyata keçirilən layihələr barədə məlumat verib, diaspor quruculuğunun uğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edib. Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın bir yerdə olması onların hər zaman dövlətimizin yanında olmalarının göstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir.

Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub.

Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər.

Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər.

Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib, icma üzvlərinin, Azərbaycan evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb.

Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.

Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb  

12:47
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB

12:21
12 Mart

Tatyana Valovaya: Son hadisələr bizə regional sabitliyin necə həssas olduğunu xatırladır  

12:14
12 Mart

“Reuters”: İranla altı günlük müharibə ABŞ-yə 11 milyard dollara başa gəlib

12:11
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib  

12:06
12 Mart

Timor-Lestenin dövlət başçısı Prezident İlham Əliyevi Zayed Mükafatına layiq görüldüyü üçün təbrik edib  

12:01
12 Mart

BMT-nin ali nümayəndəsi: XIII Qlobal Bakı Forumu dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platformadır  

11:57
12 Mart

Kosta-Rikanın Birinci vitse-prezidenti: Bakı platforması məqbul həll yolları üzərində işləməyə imkan yaradır  

11:51
12 Mart

ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib  

11:45
12 Mart

Nazir müavini: Bu ilin yanvar ayında “mygov” platformasında ümumi istifadəçilərin sayı 2,5 milyona çatıb 

11:43
12 Mart

Media: Yaxın Şərqdəki münaqişə Kiyevə sursat tədarükünü azaldacaq 

11:41
12 Mart

Jelka Tsviyanoviç: Dünyanın dialoqa ehtiyacı var  

11:39
12 Mart

Azərbaycan Prezidenti: Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində sıx işləyirik  

11:37
12 Mart

Dünyanın hər yeddi ölkəsindən birində qadınlar hakimiyyətdədir  

11:36
12 Mart

Prezident İlham Əliyev: Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır  

11:32
12 Mart

Gürcüstanın sabiq Prezidenti: Dünyada baş verən proseslər narahatlıq doğurur 

11:27
12 Mart

Prezident: Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək  

11:24
12 Mart

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında dünyada neftin qiymətindəki artıma toxunub  

11:16
12 Mart

Vayra Vike-Freyberqa: Biz BMT-nin əsasını təşkil edən beynəlxalq prinsiplərin təsirinin zəiflədiyini görürük  

11:12
12 Mart

Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil  

11:06
12 Mart

Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib 

11:02
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!