12 Mart 2026 11:36
155
DÜNYA
A- A+
Dünyanın hər yeddi ölkəsindən birində qadınlar hakimiyyətdədir  

Dünyanın hər yeddi ölkəsindən birində qadınlar hakimiyyətdədir  


Qlobal miqyasda qadınlar siyasi liderlikdə çox az təmsil olunurlar. Əsas qərarlar hələ də kişilər tərəfindən qəbul edilir.

AZƏRTAC BMT-nin məlumatlarına istinadla xəbər verir ki, 2026-cı ildə yalnız 28 ölkədə qadın dövlət və ya hökumət başçısı olacaq, 101 ölkədə isə heç vaxt qadın lider olmayıb.

Parlamentlərarası İttifaq və “BMT Qadınları” təşkilatı tərəfindən aparılan araşdırmada toplanan yeni qlobal məlumatlar, xüsusən də icra hakimiyyətində qadınların təmsilçiliyində durğunluğu və bəzi hallarda geriləməni ortaya qoyur.

Qlobal miqyasda qadınlar nazir vəzifələrinin yalnız 22,4 faizini tutur ki, bu da 2024-cü ildə olduğundan azdır və illərlə davam edən tədrici irəliləyişdən sonra geriləməni göstərir. On dörd ölkə hökumətdə gender bərabərliyinə nail olub, səkkiz ölkədə isə hələ də bir qadın nazir yoxdur.

Eyni zamanda, qadınlar parlament yerlərinin 27,5 faizini tutur ki, bu da 2025-ci ildəki 27,2 faizlik göstəricidən bir qədər yüksəkdir. Amma qadınlar parlament rəhbərliyində də mövqelərini itirirlər: 2026-cı ilin yanvar ayına olan məlumata görə, dünyada 54 qadın spiker (19,9 faiz) var idi ki, bu da əvvəlki ilə nisbətən təxminən dörd bal azdır.

Qadın siyasətçilər internetdə və oflayn olaraq artan düşmənçilik və təhdidlərlə üzləşirlər. Qadın parlament üzvlərinin 76 faizi (kişilərin 68 faizi ilə müqayisədə) təhdidlər aldıqlarını bildirirlər ki, bu da onları siyasətdə iştirak etməkdən çəkindirir.

Rəhbər vəzifələrə çatdıqdan sonra belə, qadınlar tez-tez özlərini “ənənəvi” sosial sektorlarda cəmləşmiş hiss edirlər: onlar gender bərabərliyi ilə məşğul olan nazirliklərin 90 faizinə və ailə və uşaq məsələləri ilə məşğul olan nazirliklərin 73 faizinə rəhbərlik edirlər. Kişilər müdafiə, daxili işlər, ədliyyə, iqtisadiyyat, idarəetmə, səhiyyə və təhsil nazirliklərində demək olar ki, tamamilə üstün mövqeləri tuturlar.

“BMT Qadınları” təşkilatının icraçı direktoru Sima Bahus bununla bağlı bildirib: “Qlobal qeyri-sabitliyin artması, münaqişələrin kəskinləşməsi və qadın hüquqlarının pozulması fonunda qadınların siyasi liderlikdən kənarlaşdırılması cəmiyyətlərin mövcud çağırışlara cavab vermək qabiliyyətini zəiflədir. Qadınlar liderlikdə iştirak etdikdə, ölkələr daha da sabitləşir, qərarlar daha təsirli olur və cəmiyyətlər daha davamlı olur”.

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq qeyd edib ki, kvotalar və siyasi iradə dəyişiklikləri sürətləndirmək üçün əsas vasitələr olaraq qalır, lakin kişilər və qadınlar siyasi mədəniyyəti dəyişdirmək və stereotipləri dağıtmaq üçün birlikdə çalışmalıdırlar.

Tədrici irəliləyişlərə baxmayaraq, dünya üzrə qadınlar siyasi iştiraklarını genişləndirməyə davam edirlər. Struktur maneələrin - ayrı-seçkilik qanunlarının, siyasətdə qadınlara qarşı zorakılığın, resurslara qeyri-bərabər çıxışın aradan qaldırılması və mənfi sosial normaların dəyişdirilməsi bərabər siyasi liderliyə nail olmaq üçün çox vacib olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pentaqon: ABŞ İrana qarşı müharibənin ilk altı günündə 11,3 milyard dollar xərcləyib  

14:03
12 Mart

DİN: İstehlakçıların aldadılması və keyfiyyətsiz məhsulların satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub  

14:01
12 Mart

Rumıniyanın sabiq Baş naziri: Enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə Avropa üçün çox vacibdir  

13:42
12 Mart

Media: Yaxın Şərqdə gərginlik fonunda neftin qiyməti 100 dolları ötüb

13:39
12 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

13:23
12 Mart

Gürcü mediası Azərbaycan Prezidentinin və Aİ Şurasının Prezidentinin mətbuata bəyanatlarına geniş yer ayırıb  

13:00
12 Mart

Çilinin yeni Prezidenti Jose Antonio Kastın inauqurasiya mərasimi olub

12:55
12 Mart

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb  

12:47
12 Mart

Binəli Yıldırım: Azərbaycan regional əməkdaşlıqda nümunədir

12:43
12 Mart

AMB: Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır  

12:38
12 Mart

UN-Habitat-ın icraçı direktoru: Bakı Forumu düşüncə adamlarının açıq danışa bildiyi platformaya çevrilib  

12:36
12 Mart

Azərbaycan nümayəndə heyəti Çində minatəmizləmə sahəsində təlim proqramları ilə tanış olub

12:35
12 Mart

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizədək artıb

12:30
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB

12:21
12 Mart

Tatyana Valovaya: Son hadisələr bizə regional sabitliyin necə həssas olduğunu xatırladır  

12:14
12 Mart

“Reuters”: İranla altı günlük müharibə ABŞ-yə 11 milyard dollara başa gəlib

12:11
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib  

12:06
12 Mart

Timor-Lestenin dövlət başçısı Prezident İlham Əliyevi Zayed Mükafatına layiq görüldüyü üçün təbrik edib  

12:01
12 Mart

BMT-nin ali nümayəndəsi: XIII Qlobal Bakı Forumu dialoq və birgə fəaliyyət üçün əvəzolunmaz platformadır  

11:57
12 Mart

Kosta-Rikanın Birinci vitse-prezidenti: Bakı platforması məqbul həll yolları üzərində işləməyə imkan yaradır  

11:51
12 Mart

ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib  

11:45
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!