24 Yanvar 2025 00:30
793
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 12


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli qərarları) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.2-ci bəndinin ikinci abzasının ikinci cümləsinə “arayış” sözündən sonra “və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının konsulluq idarəsinin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində tibbi müayinədən keçməsi barədə arayış” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 610 (Cild I); 2024, № 1, maddə 124) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 1.1-ci bəndinə “nikaha” sözündən əvvəl “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla,” sözləri əlavə edilsin.

 


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 22 ” “ yanvar ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səbinə Əliyeva: Ombudsmanlar insan hüquqlarının müdafiəsində birgə səylər göstərməlidir

12:45
19 Fevral

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

12:43
19 Fevral

Avropa İttifaqı fövqəladə sammitin keçirilməsini müzakirə edir

12:42
19 Fevral

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb YENİLƏNƏCƏK

12:41
19 Fevral

Birol Akgün: Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur

12:41
19 Fevral

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürüb  

12:37
19 Fevral

Puan Maharani: Növbəti 25 il Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq

12:35
19 Fevral

İcraçı direktor: Liderlərimizin siyasi iradəsi Azərbaycan-Türkiyə media əməkdaşlığını gücləndirir

12:34
19 Fevral

Əhməd İsmayılov: Azərbaycan-Türkiyə media əməkdaşlığı qlobal informasiya məkanına töhfə verir

12:32
19 Fevral

Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib

12:31
19 Fevral

Sahibə Qafarova: Milli Məclis müxtəlif parlament təşkilatlarının işində fəal iştirak edir

12:16
19 Fevral

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib

12:14
19 Fevral

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq

12:12
19 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

12:10
19 Fevral

Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib YENİLƏNİB  

12:08
19 Fevral

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

12:07
19 Fevral

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

12:06
19 Fevral

Sahibə Qafarova: COP29 çərçivəsində mühüm qərarların qəbul edilməsi ölkəmizin çoxtərəfliliyə sarsılmaz sadiqliyinin zirvəsi olmuşdur

12:02
19 Fevral

AAYDA: Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur 

11:59
19 Fevral

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNƏCƏK

11:56
19 Fevral

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

11:19
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!