24 Yanvar 2025 08:35
186
SİYASƏT
A- A+
Avropa İttifaqı "Binokl diplomatiyası"nı hərbiləşdirir

Avropa İttifaqı "Binokl diplomatiyası"nı hərbiləşdirir


Qurumun dırnaqarası missiyasına hərbi elementlər əlavə etmək niyyəti vəziyyəti gərginləşdirmək məqsədi güdür


Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi bəzi dairələrin, konkret olaraq Avropa İttifaqının (Aİ) maraqları ilə üst-üstə düşmədiyi üçün açıq şəkildə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. 

İkinci Qarabağ müharibəsindən dərhal sonra regiona yerləşmək üçün mənfur planlar cızan Aİ bu məqsədlə dırnaqarası mülki müşahidə missiyasını (əslində, kəşfiyyat missiyası) Azərbaycanla Ermənistan sərhədinə yerləşdirib. 2022-ci ilin dekabrından qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda varlığını sürdürür.         

Fəaliyyət müddətinin başa çatmasına az qalsa da, Aİ və Ermənistan sözügedən missiyanın müddətinin uzadılması istiqamətində aktiv iş aparırlar və bu il yanvarın 27-dən kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. 

Bununla bağlı mediada yayılan məlumatlara görə, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. 


Aİ  missiyasına lüzum yoxdur


Yanvarda yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev məhz bu məsələyə xüsusi vurğu etdi ki, əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi: "Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar".

Ötən müddətdə də göründü ki, Aİ-nin dırnaqarası mülki missiyasının iş-gücü bölgədə suları bulandırmaqdan, "binokl diplomatiyası" həyata keçirməkdən ibarətdir. Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Duda da ötən ilin sonlarında Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirak etmişdi. Kanada isə sözügedən missiyaya qoşulan ilk qeyri-Avropa ölkəsi oldu. 


Missiyanın qaranlıq məramları


İlk gündən məlum idi ki, "binokl diplomatiyası"nın arxasında xoşagəlməz maraqlar dayanır. Zaman keçdikcə Aİ missiyasının əsl üzü və xidmət etdiyi məramlar ortaya çıxmağa başladı.

Caliber.Az saytının əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.

Bildirilir ki, kəşfiyyat missiyasının hərbi komponentlə genişləndirilməsinin məqsədlərindən biri məhz Türkiyə ilə sərhəddən rus sərhədçilərinin çıxarılması və həm bu istiqamətlərin, həm də ümumilikdə sərhədin Aİ-nin nəzarətinə keçməsidir. Bu, son dövrlərdə Ermənistan hakimiyyətinin atdığı addımlarla uyğun gəlir. Missiyanın əsas məqsədi Rusiyanın 102-ci hərbi bazasını çıxarmaqdır. Aydındır ki, Brüsseldə və İrəvanda hesab ediblər ki, Ermənistanı Rusiya hərbi iştirakından tamamilə azad etmək lazımdır.

Missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnika, o cümlədən hərbi nəqliyyat vasitələrindən istifadəsi tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. 

Ermənistanın silahlandırılması prosesi Avropa Sülh Fondu vasitəsilə Avropanın hərbi iştirakının artırılması ilə müşayiət olunur. Məlumdur ki, Aİ-nin qurucu üzvlərindən olan Fransa 44 günlük müharibədən dərhal sonra Ermənistanı sürətlə silahlandırmağa başlayıb. Məqsəd bölgədə yenidən münaqişə ocağı alovlandırmaqdır. Əslində, bu məkrli planın Ermənistanı dövlət olaraq məhvə sürüklədiyi də Makron hökumətinin eyninə deyil. Yəni Fransa idarəçiliyində Aİ-nin Cənubi Qafqazdakı qanlı ssenarisi üçün Ermənistan qurban seçilib. 

Yuxarıda adıçəkilən müsahibəsində Ermənistanın məqsədyönlü şəkildə silahlandırıldığını deyən Prezident İlham Əliyev söylədi ki,  Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir: "Eyni zamanda Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil".


Azərbaycan buna göz yummayacaq


2024-cü ildən etibarən Azərbaycanla Ermənistan arasında ikitərəfli diplomatik danışıqların aparılması, normallaşma istiqamətində atılan addımlar, qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi bölgədə dayanıqlı sülhə zəmin yaradıb. 

Bütün bunlar iki ölkənin sərhədində üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməsinə heç bir ehtiyac olmadığını faktlarla ortaya qoyur. Ancaq Avropanın "sülh göyərçinləri" Cənubi Qafqazda müharibə istədikləri üçün Aİ missiyasını hərbiləşdirməkdə israr edirlər. Bu isə regionda təhlükəsizliyə təhdiddir. 

Yanvarın 7-də verdiyi müsahibədə Prezident İlham Əliyev binokl şousu nümayiş etdirənlərə, yarıhərbi geyim və çəkmələr geyinərək sərhədimizə döyüşçülər kimi gələnlərə qəti şəkildə  xəbərdarlıq etdi ki, onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır: "Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər". 

Onlar bilməlidirlər ki, Azərbaycan mövqeyində qətidir və Aİ missiyasının hərbi elementlərlə zənginləşdirilməsinə, sərhədimizə hərbi amil kimi yerləşməsinə göz yummayacaq.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

16:19
24 Yanvar

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:15
24 Yanvar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

15:58
24 Yanvar

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

15:57
24 Yanvar

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

15:55
24 Yanvar

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb  

15:54
24 Yanvar

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

15:50
24 Yanvar

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

15:49
24 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb  

15:47
24 Yanvar

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib  

15:33
24 Yanvar

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

15:29
24 Yanvar

bp “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır  

15:01
24 Yanvar

Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

14:42
24 Yanvar

Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb  

14:41
24 Yanvar

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

14:26
24 Yanvar

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb

14:26
24 Yanvar

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb  

13:59
24 Yanvar

İrakli Kobaxidze: Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu  

13:51
24 Yanvar

Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

13:47
24 Yanvar

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir  

13:46
24 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!