24 Yanvar 2025 15:58
711
PARLAMENT
A- A+
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. O, bu ilin, eyni zamanda, bir sıra əlamətdar hadisələrə - Konstitusiyanın qəbulunun 30 illiyinə, Vətən müharibəsində Qələbənin 5 illiyinə təsadüf etdiyini bildirib. O, komitə üzvlərinin yubiley tədbirlərində yaxından iştirak edəcəklərini, Azərbaycan dövlətçiliyinin inkişafı, müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsi ilə bağlı ictimai-siyasi həyatda fəal olacaqlarını qeyd edib.

Sonra komitə sədri bugünkü iclasın gündəliyində 14 məsələnin, o cümlədən payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bəzi qanun layihələrinin olduğunu söyləyib.

Əli Hüseynli 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabata dair məlumatında qeyd edib ki, bu müddətdə komitənin 19 iclası keçirilib, 83 məsələyə baxılıb. Bildirilib ki, sessiya ərzində komitə tərəfindən bir sıra digər qanunvericilik aktları ilə yanaşı, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, habelə hakimlərin təyinatı ilə bağlı qərar layihələri və “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi də müzakirə olunub və Milli Məclisdə qəbul edilib. Bununla yanaşı, komitə sədri və üzvləri rəhbəri olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bir sıra görüşlər keçiriblər.

Diqqətə çatdırılıb ki, payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 97 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, habelə elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb, müraciətlərdə qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, lazımi izahatlar verilib. Komitə tərəfindən müxtəlif məzmunlu 69 ərizə, müraciət və sənəd nəzərdən keçirilərək, qaldırılan məsələlərin həlli üçün aidiyyəti təşkilatlara göndərilib.

Sonra komitə sədri 2025-ci ilin yaz sessiyası üçün komitənin iş planına daxil edilən məsələlər barədə danışıb. Qeyd edilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinə, o cümlədən qanunlara dəyişiklik edilməsi haqqında qanunvericilik aktlarına baxılacaq.

Tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Daha sonra iclasda gündəlikdəki qanun layihələri təqdim edilib.

Təqdim edilən qanun layihələrinin müzakirələri zamanı qeyd və təkliflər səsləndirilib, qaldırılan məsələyə münasibət bildirilib.

İclasda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!