24 Yanvar 2025 19:45
580
SİYASƏT
A- A+
Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir 

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir 


Hindistan və Azərbaycan dərin sivilizasiyaya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksəksəviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib. Bizim iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir. İkitərəfli ticarətimiz güclü olub. 2024-cü ildə Hindistanın aparıcı qaz və neft şirkəti “ONGC Videsh Limited” (OVL) əlavə investisiya ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yatağında, həmçinin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri şirkətindəki səhmlərinin sayını artırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan Hindistanın 76-cı Respublika Günü münasibətilə Bakıda təşkil edilən qəbulda söyləyib. O qeyd edib ki, xalqlararası münasibətlərin inkişafı fonunda Hindistan Azərbaycana gələn turistlərin sayca ən çoxluq təşkil etdiyi üçüncü ən böyük mənbə olub. 2024-cü ildə əvvəlki illə müqayisədə Hindistandan gələn turistlərin sayı 2,1 dəfə artıb. Hindistanla Azərbaycan arasında birbaşa uçuş əlaqəsi qısa müddətdə həftədə 3 dəfədən 14 dəfəyə qalxıb.

“Hindistanla Azərbaycan arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ticarət münasibətlərimizi və xalqlararası əlaqələri daha da gücləndirəcək. Bizim ITEC (Hindistan Texniki və İqtisadi Əməkdaşlıq) proqramına flaqmanlığımız vasitəsilə çoxsaylı Azərbaycan rəsmiləri öz bacarıqlarını təkmilləşdiriblər və təqribən 450 hindistanlı tələbənin təhsillərini Azərbaycanda davam etdirdiyini görə bilərik. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı töhfələr üçün böyük vədlər verir”, - deyə səfir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!